Müsabiqədən keçənlər niyə direktor təyin edilmir?- Ekspert bunun səbələrini açıqlayır

Müsabiqədən keçənlər niyə direktor təyin edilmir?- Ekspert bunun səbələrini açıqlayır
 
162 saylı orta məktəbdə baş vermiş məlum intihar hadisəsi hələ də bəzi orta məktəblərdə direktorların təhsilin və təlim-tərbiyənin kefiyyətindən xəbərsizliyini təsdiqləmiş oldu. Belə ki, adıçəkilən məktəbdəki intihardan sonra məktəbin direktoru Sevinc Abbasova öz açıqlaması ilə təhsildə təsadüfi adam olduğunu göstərib. Direktor intihar etmiş məktəblinin ailəsini təhqir etməkdən belə çəkinmədi. Direktorun bu açıqlaması müəyyən sualları ortaya çıxardı. Həmin suallardan biri də budur ki, məktəbin rəhbər şəxsləri hansı kriteryalarla seçilir? İmtahandan keçməyən şəxslər niyə bu günə qədər məktəblərə rəhbərlik edir? .
 
Sfera.az saytı bu suallara cavab tapmaq üçün ekspert Kamran Əsədovla əlaqə saxlayıb. Ekspert bu günə qədər keçirilən imtahanları belə səciyyələndirir:
 
"İlk növbədə qeyd edim ki, Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi qaydaları 4 ildir ki, yeni formatda həyata keçirilir. Tətbiq edilən yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçirilir. 4 mərhələdən ibarət olan müsabiqəni uğurla keçənlər sonda bu vəzifəyə təyin olunurlar. 

Xatırladım ki, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə bilər. Qeyd olunan göstəricilərə malik olan istənilən şəxs müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilmək hüququ verilib. 
Bundan başqa Əlavə olaraq, "Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək "Uğur sertifikatı” əldə etmiş şəxslər müsabiqənin üçüncü mərhələsindən (imtahan) azad edilərək, birbaşa dördüncü mərhələyə (müsahibə) keçirlər.”
 
Qeyd edək ki, bir çox bölgələrdə məktəblərə rəhbərliyi hələ də imtahanlardan keçməyən şəxslər idarə edir. Lakin həmin məktəblərdə direktorlar üçün təşkil edilən imtahanlardan müəffəqiyyətlə keçən şəxslər var. Lakin nədənsə Təhsil Nazirliyi həmin şəxsləri direktor vəzifəsinə təsdiq etmir. 
Ekspert Kamran Əsədov bunun keçrilən imtahana gölgə saldığını bildirir. 
 
"Bütün bunlara baxmayaraq hələdə istər Bakıda, istərsədə regionlarda bütün mərhələləri keçib ehtiyatda qalan, təyin olunmayan kifayət qədər namizəd var. Bu o deməkdir ki, hal-hazırda yüzlərlə məktəb əvəzedici şəxslər tərəfindən idarə olunur ki, bu da birbaşa təhsilin keyfiyyətinə mənfi təsir göstərir. 
Belə ki, o vəzifədə daimiləşməyəcəyini bilən əvəzedici direktor tam şəkildə, yüksək səviyyədə vəzifəsini yerinə yetirmir. Hüquqi baxımdan da, əvəzedici direktorun uzun müddət o vəzifəni tutması düzgün deyil, qanunvericiliyin tələblərinə görə əvəzedici qaydada bu vəzifələr yalnız 6 aya qədər tutula bilər. 
Hələdə müsabiqə və müsahibədən uğurla keçənlərin təyin olunmaması direktorların təyinatı sahəsindəki şəffaflığı şübhə altına alır. 
Ümid edirəm ki, Təhsil Nazirliyinin elan etdiyi müsabiqə və müsahibəni uğurla keçənlər qısa müddətdə işə qəbul ediləcəklər.”
 
Qeyd edək ki, müxtəlif rayonlarda saytımıza müraciət edən şəxslər müsahibə və müsabiqədən uğurla keçmələrinəı baxmayaraq uzun müddətdir ki, direktor kimi təsdiq olunmamalarından şikayət edirdilər.
 
Elçin

OXŞAR XƏBƏRLƏR

Belarusda ikinci AES tikilə bilər

Belarus prezidentliyinə namizəd, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov hesab edir ki, respublikanın ikinci Atom Elektrik Stansi...

Dini qurumlara maliyyə yardımı ayrıldı - Prezidentdən SƏRƏNCAM

Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dini qurumlara maliyyə...

Azərbaycanın neft hasilatı azalıb - RƏSMİ

Azərbaycan hazırda 3 yataqdan neft çıxarır.   Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə 29,1 milyon ton neft (kondensat...

Azərbaycanın ən böyük bankı maliyyə vəziyyətini açıqladı

Aktivlərinin həcminə görə ölkəmizdə ən böyük bank olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2024-cü il (yanvar-dekabr) üzrə maliyyə göstəriciləri...

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Azərbaycanın mənzil bazarında son aylarda satışla bağlı durğunluğun yaranması müşahidə edilir. Bazarda alıcıların azalması mənzil satanları çətin vəziyyətə salı...

Karyerada inkişaf, yeni imkanlar, dəyişikliklər... - “Planetlərin böyük paradı” bürclərə nə vəd edir?

Xəbər verdiyimiz kimi, 2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq.  Bunlardan biri 21 yanvar tarixində baş verəcək. Belə ...