Dövlət qulluğuna qəbulla bağlı TƏKLİF – Ekspert iki mərhələnin ləğvini İSTƏYİR

Dövlət qulluğuna qəbulla bağlı TƏKLİF – Ekspert iki mərhələnin ləğvini İSTƏYİR
Dövlət qulluğuna qəbulda 3 mərhələ var. Birincisi test mərhələsidir. Bu imtanahdan keçən namizədlər daha sonra ikinci mərhələyə – müsahibə mərhələsinə keçirlər.

İkinci mərhələdə namizədlər sorğu-sual edilir, onların dünyagörüşü sınağa çəkilir. 

Üçüncü mərhələdə isə hər iki imtahandan üzüağ çıxan namizədlər müvafiq dövlət orqanının rəhbərliyinə təqdim edilir.

Lakin bu zaman onların bəzilərinə üçüncü mərhələdə "yox” deyilir. Kənarda qalanlar ehtiyat məmur "skamyasında” qərarlaşır.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev  Modern.az saytına deyib ki, bütün dövlət orqanları mövcud vakansiyalarla bağlı, Dövlət İmtahan Mərkəzinə məlumat verirlər:

"Dövlət İmtahan Mərkəzi həmin vakansiyaları müsabiqəyə çıxarır.Təqdim olunmuş vaksansiyalarda hər hansı dövlət orqanında tələb olunan vakansiya sayı göstərilir. Bildiyiniz kimi dövlət qulluğuna qəbul imtahanı 3 mərhələdən ibarətdir. İlkin mərhələni Dövlət İmtahan Mərkəzi keçirir. İkinci mərhələ müsabiqə mərhələsidir. Bu mərhələdə  müstəqil ekspert kimi vətəndaş elmi cəmiyyətindən dəvət edilmiş şəxs, Dövlət İmtahan Mərkəzindən nümayəndə və vakansiya iddia edilən dövlət orqanından məsul şəxs iştirak edir”-deyə Ə.Nuriyev bildirib.

O qeyd edib ki, ikinci mərhələdə bütün proses videoya yazılır və bu zaman namizədin keçid balı da əsas götürülməklə həmin vəzifəyə uyğunluğu müəyyən edilir:

"Üçüncü mərhələdə isə mövcud vakansiya bağlı hər iki  mərhələdən keçmiş şəxslər ehtiyac duyulan işçi sayından çox olarsa həmin dövlət qurumu müsahibə keçirərək söhbət əsnasında həmin şəxslərdən birini seçir.

Seçim edərkən hər iki mərhələdə daha çox bal yığmış şəxsə daha çox üstünlük verilir.Yerdə qalan digər şəxslər isə ehtiyyatda saxlanılır. Həmin şəxslərin istəyinə uyğun olaraq onlar müraciət etdikləri dövlət qurumunda digər aşağı vakansiyalar üzrə işlə təmin oluna bilərlər. Eyni zamanda vakansiya mövcud olan digər dövlət qurumlarına da müraciət etmək mümkündür”.

Təhsil eksperti Etibar Əliyev isə düşünür ki, Dövlət Qulluğu ilə bağlı qəbul mərhələləri qüsurlu prosesdir. O qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanların obyektivliyinə şübhə etmək düzgün deyil:

"Keçmiş TQDK-nın varisi olan DİM bütün imtahanların şəffaf keçirilməsinin vasitəçisidir. Ona görə də, dövlət qulluğuna qəbul olunmaq istəyən şəxs birinci mərhələdə yüksək nəticə göstərirsə, ikinci mərhələdə güzəştlər qazanmalıdır. Çünki əsas "özək”dən keçən namizədlərin savadsız olması absurddur. Dövlət qulluğuna qəbulda üçüncü mərhələ isə ümumiyyətlə, anlaşılan deyil. Çoxmərhələli şəkildə işə qəbul xeyli yaxşı mütəxəssislərin itirilməsinə gətirib çıxarır. Ona görə, həmin məsələlərdə ümumi ortaq nəticəyə gəlmək olar.

Məsələn, DİM birinci mərhələnin spektrini genişləndirə bilər. Müəyyən bir mexanizm tətbiq etməklə birinci mərhələyə yazılı imtahan da əlavə etmək olar. Birmənalı şəkildə insan faktorundan qaçmaq lazımdır. İmtahanda insan faktorunun birbaşa iştirakı neqativ hallar üçün cığır açır. Çoxmərhələli imtahan sisteminin olması dövlət qulluğuna qəbulla bağlı şübhələri də artırır. Dəfələrlə şahid olmuşam ki, ən yüksək nəticələri göstərən, hətta vəkilliklə bağlı da keçən namizəd ikinci mərhələdən buraxılmayıb. Nisbətən aşağı nəticə göstərənlər isə keçiblər. Ona görə, yenə qeyd edirəm, dövlət qulluğuna səmərəli imtahan keçirmək üçün DİM-in vasitəsi ilə ilk mərhələni genişləndirib, təşkil etmək lazımdır. Digər mərhələlər isə ümumiyyətlə yığışdırılsın”.

OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...