"Monitorinq uğurla yekunlaşıb" - Vəfa Yaqub

"Monitorinq uğurla yekunlaşıb" - Vəfa Yaqub

“17 və 18 may tarixlərində dövlət ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə monitorinq keçirilib. Monitorinq prosesi uğurla yekunlaşıb, iştirakçılıq təmin olunub”. 

 

Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqubu açıqlama verib.

 

Onun sözlərinə görə, ölkə üzrə dövlət ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təhsil alan şagirdlərin təxminən 98 faizi monitorinqdə iştirak edib:

 

“Bildiyiniz kimi, bu il ilk dəfə olaraq monitorinqin müəyyən bir hissəsi rəqəmsal formatda təşkil edilib.  Bakı şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarələrinin tabelyində olan bir sıra ümumi təhsil müəssilərinin şagirdlərinin cəlb olunduğu, elektron qaydada təşkil edilən monitorinqdə 96% iştirakçılıq təmin edilib. Həm Agentliyin, həm də regional təhsil idarələrinin əməkdaşları tərəfindən prosesin təşkili izlənilib.  İştirakçılığın təmin olunması, eyni zamanda hər hansı xoşagəlməz halların baş verməməsi üçün müvafiq addımlar atılıb. Qeyd edim ki, monitorinqin məqsədi şagirdlərin bilik səviyyəsini ölçməklə yanaşı, həm müəllimlərə, həm proqram tərtibçilərinə, həm də təhsili idarəetmə orqanlarına vacib olan təhlilləri aparmaq üçün məlumat toplamaqdır”.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Millimizin oyununa biletlər satışa çıxarıldı

 Azərbaycan millisinin Macarıstanla keçirəcəyi yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.   Sfera.az xəbər verir ki, bu barədə AFFA-nın sayt...

Xankəndi ilə bağlı 5,5 milyonluq tenderin vaxtı uzadıldı

"Azərişıq" ASC Xankəndi şəhəri ərazisində yerləşən mövcud “Xankəndi Şəhər” yarımstansiyasının əvəzinə yeni yarımstansiyanın tikintisi üçün...

Bako Sahakyan məhkəmədə etiraf etdi

Mayın 19-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan işğal olunmuş Azərbaycan ərazilərində Şuşanın işğalın...

Aliment borcunu ödəyə bilmədiyinə görə 3-cü dəfə HƏBS EDİLDİ

Daşəkəsəndə aliment borcunu ödəyə bilməyən şəxs üçüncü dəfə inzibati qaydada həbs edilib.   Sfera.az “musavat.com”a istinadən xəbər ...

Leyla Əliyeva Qarabağ atlarının şousundan video paylaşdı

Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən "Vindzor Kral Atçılıq Şousu - 2025" mayın 16-da start götürüb və bu gün başa çatıb.   Sfer...

Dayanma və durma qadağandır, amma... – Yasamalda yol niyə tutulur?

Bakıda avtomobil yükünün yüksəlməsi parkinqlərin az olması fonunda paytaxt küçələrindəki sıxlıq gün keçdikcə artır. Bu yollardan biri də Yasamal rayonu, Qə...