İmtahanların nəticələri ilə bağlı apellyasiya başladı

İmtahanların nəticələri ilə bağlı apellyasiya başladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinə baxılması üçün müraciətlərin qəbulu başlayıb.

 

Sfera.az xəbər verir ki, Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. 

 

Qeydiyyat üçün son tarix 16 aprel 17:00-a qədərdir. Bu saata olan qeydiyyatdan keçənlərin sayı isə 259 nəfərdir.
    

Qeyd edək ki, göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. 



Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

 

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla (//eservices.dim.gov.az/ejurnal/) tanış ola bilərlər. 

Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Bu tip müraciətlərə isə baxılmayacaq.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

"Məktəblərdə seksual sağlamlıq təhsili olmalıdır" – Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov bildirir ki, hazırda Azərbaycanda nə məktəblərdə, nə də universitetlərdə seksual sağlamlıq təhsili ayrıca fənn və ya sistemli şəki...

Azərbaycanda kazinolara icazə veriləcək - Bu şərtlə

“Azərbaycanda qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində kazino oyunlarının təşkilinə və keçirilməsinə icazə veriləcək&rd...

29 İtaliya vətəndaşı İrandan Azərbaycana keçdi

İtaliyanın 29 vətəndaşı quru yolu ilə İranı tərk edərək Azərbaycana gəlib.   Sfera.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri A...

İranda Azərbaycanla bağlı qərar verildi – Minlərlə insan…

İsrail və İran arasında artan gərginlik bir sıra istiqamətlərdə narahatlıq yaradıb. Bunlardan biri də turizm sektoru ilə bağlıdır. Bildirilir ki,...

İşdə yenilik, tanışlıq və pul - Bu gün bürclər nə yaşayacaq?

Bu gün səma hər bürc üçün fərqli mesajlar göndərir. Emosional dərinlik, karyera fürsətləri və şəxsi həyatla bağlı mühüm dönüş nöqtələri gündəmdədir.  &n...

İranın vurduğu İsrail təyyarələrinin sayı 5-ə çatdı

İranın hava hücumundan müdafiə sistemləri Tehranın cənub-şərqində yerləşən Veramin şəhəri üzərində İsrailə məxsus döyüş təyyarəsini vurub.   Sfera.az...