Təəccübləndirən kəşf - Xərçəng hüceyrələrini öldürən bakteriya tapıldı

Təəccübləndirən kəşf - Xərçəng hüceyrələrini öldürən bakteriya tapıldı

Yeni bir araşdırma baş və boyun xərçəngləri ilə bağlı insanların ümidini artırıb.

 

Sfera.az-ın məlumatına görə ağız və diş əti xəstəlikləri ilə əlaqəli bir bakteriyanın xərçəng hüceyrələrinin 99 faizini məhv etdiyi məlum olub.

 

Böyük Britaniyada “Guy’s” və “St Thomas” xəstəxanaları və “King's College London”un alimləri tərəfindən aparılan araşdırma, modelləşdirmə yolu ilə hansı bakteriyaların daha çox araşdırmaya dəyər olduğunu müəyyən etmək məqsədi daşıyırdı.

 

Aparılan araşdırma zamanı “Fusobacterium” hüceyrəsi xərçəng hüceyrələri olan qaba yerləşdirilib.

 

Yerləşdirildikdən və bir neçə gün saxlanıldıqdan sonra xərçəng hüceyrələrinin demək olar ki, tamamilə yox olduğu müşahidə edilib.

 

Bundan əlavə, baş və boyun xərçəngi olan 155 xəstənin şiş məlumatları təhlil edilib. “Fusobacterium” bakteriyası olan xəstələrin sağ qalma şansının daha yüksək olduğu müəyyən edilib.

 

Bu bakteriyaların baş və boyun xərçənglərində ölüm riskini 65 faiz azaltdığı aşkarlanıb.

 

Hazırda bakteriyanın necə istifadə olunacağı ilə bağlı araşdırmalar aparılır. (lent.az)


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev “Aghdam City Hotel”in açılışında iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “Aghdam City Hotel”in açılışında iştirak edib.   Sfera.az xəbər verir...

Dövlət Suverenliyi Gününün əhəmiyyəti nədir? - Millət vəkilindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb....

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib.   Sfe...

Fransa prezidenti nazir vəzifəsinə namizədlərin siyahısını təsdiq etmədi

Fransa prezidenti Emmanuel Makron baş nazir Mişel Barnyenin yeni hökumət üçün təklif etdiyi nazirlərin ilkin siyahısını təsdiq etməyib.   Sfera.az xə...

Hakan Fidan: "Diplomatlarımızın təhlükəsizliyi gücləndiriləcək"

Türkiyə mümkün hakimiyyət dəyişikliyindən asılı olmayaraq öz vasitəçilik imkanlarını davam etdirmək istəyir.   Sfera.az xəbər verir ki, bunu Türkiyən...

Bakıda məşhur ticarət mərkəzi satılır - 13 milyon...

Bir neçə il öncə yanan və konstruksiyası zədələndiyi üçün tamamilə sökülən "Diqlas" ticarət mərkəzinin ərazisinin satışa çıxarıldığı haqda məlumat yay...