Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ AÇILDI

Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ AÇILDI

Ukraynada Azərbaycan dilinin öyrənilməsi üçün pulsuz onlayn fakultativ açılıb.

 

Sfera.az xəbər verir ki, dərsləri Kiyev Milli Linqvistik Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri İntiqam Şıxızadə “Zoom” onlayn platforması vasitəsilə aparır.

 

Fakutativ çərçivəsində Ukraynanın hər yerindən gələn tələbələr təkcə dili öyrənmək deyil, həm də Azərbaycanın zəngin mədəniyyəti və tarixi, coğrafiyası, adət və ənənələri ilə tanış olmaq imkanı əldə edir.

 

Layihə artıq həm iştirakçılar, həm də müəllimlər tərəfindən müsbət rəy alıb və onlar Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin inkişafı üçün belə təşəbbüslərin əhəmiyyətini vurğulayırlar.

 

“Hazırda fakultativin 50-dən çox iştirakçısı var və onların əksəriyyəti ukraynalıdır. Tələbələr arasında bir neçə azərbaycanlı və müxtəlif universitetlərin müəllimləri də var”, - fakultativin təşəbbüskarı, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marina Qonçaruk qeyd edib.

 

Qeyd edək ki, fakultativ Ukrayna-Türk Mərkəzinin himayəsi və vəkil Şəmsi Məhərrəmovun dəstəyi ilə keçirilir.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...