Nazirdən Qarabağdakı məktəblərlə bağlı AÇIQLAMA


Nazirdən Qarabağdakı məktəblərlə bağlı AÇIQLAMA

"İşğaldan azad olunmuş ərazilərdə bir neçə məktəbin açılışı planlaşdırılır".

 

Sfera.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Onun sözlərinə görə, Şuşada 1 nömrəli məktəb və Xankəndidə tarixən azərbaycandilli məktəb olan Nizami Gəncəvi adına 4 nömrəli məktəb, o cümlədən Xocalı şəhərində, Sus və digər kəndlərimizdə də artıq tədrisə hazırlıq prosesi tam başa çatıb:

 

"Bu məktəblərimizin hər birində bir neçə yüz şagirdin olmasını gözləyirik. Artıq Füzuli, Laçın, Cəbrayıl şəhərlərində məktəblərimizin açılması planlaşdırılır. Coğrafiyamız kifayət qədər genişlənir", - nazir AzTV-yə müsahibəsində qeyd edib.

 

Nazir bildirib ki, Qarabağda builki şagird sayı minlərlə ölçüləcək:

 

"Kəlbəcər şəhərindəki məktəbimiz fərqli model üzərində qurulur. Burada uşaq bağçası, məktəbəqədər təhsil, və məktəb bölmələrini özündə birləşdirəcək kompleks dövlət başçımız tərəfindən Kəlbəcər sakinlərinə çox böyük hədiyyə olacaq. Qarabağ Universitetində də bütün hazırlıq prosesi bitib, 1200 nəfər tələbə və 150 nəfər müəllim və heyətlə builki tədrisə başlamağı planlaşdırırıq". (Modern.az)


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...