Rezident olmaq istəyənlərin NƏZƏRİNƏ!

Rezident olmaq istəyənlərin NƏZƏRİNƏ!

29 avqust 2024-cü il saat 14:00-dan 2 sentyabr saat 23:59-dək rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir. 


 
Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.


 
Bildirilib ki, 2024/2025-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 685 yerdən ibarət olub. Onlardan 60 yer ATU-nun Hərbi tibb fakültəsinin məzunları üçün, 40 yer isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunları üçün nəzərdə tutulub.


 
Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 17 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar). 
 
Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2024, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.
 
Müsabiqədə iştirak etmək istəyən namizədlər //eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanına daxil olub ixtisas seçimi edə bilərlər.
 
Aşağıda boş qalan plan yerləri təqdim olunur. 


 
2024/2025-ci TӘDRİS İLİ ÜÇÜN REZİDENTURANIN BOŞ QALAN YERLӘRİNƏ QƏBUL APARILAN İXTİSASLAR

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...