Tələbələrin köçürülməsi üçün müraciətlərin qəbulu başa çatdı


Tələbələrin köçürülməsi üçün müraciətlərin qəbulu başa çatdı

Tələbələrin köçürülməsi üçün müraciətlərin qəbulu başa çatıb.

 

Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, müraciətlərin qəbulu 25 iyul-1 avqust tarixlərində portal.edu.az vasitəsilə aparılıb. Ümumilikdə 2575 tələbə təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək üçün müraciət edib.

 

"Növbəti mərhələdə köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılaraq müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndəriləcək. Təhsil müəssisəsi tərəfindən müraciətə müsbət cavab verildiyi halda tələbə tərəfindən yerdəyişmə istəyinin təsdiq olunması tələb olunacaq. Müraciətçi köçürülmə etmək istədiyi təqdirdə şəxsi kabinetdə “Təsdiq et”, imtina etmək istədiyi təqdirdə isə “İmtina et” düyməsini seçməlidir. Müraciətin statusu barədə məlumat üçün tələbələr şəxsi kabinetlərini mütəmadi olaraq izləməlidirlər", - məlumatda bildirilib.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...