MİQ imtahanında internet kəsildi, proses təxirə salındı

MİQ imtahanında internet kəsildi, proses təxirə salındı

Məlum olduğu kimi, ötən gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin tarix, coğrafiya və alman dili fənləri üzrə test imtahanı mərhələsi keçirilib.

 

Sfera.az Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, Gəncə şəhər 18 nömrəli orta məktəbdə yerləşən imtahan mərkəzində şəbəkəni təmin edən optik kabelin sıradan çıxması imtahan prosesinin dayandırılmasına səbəb olub.

 

Problem qısa müddətdə aradan qaldırıla bilmədiyi üçün test imtahanı növbəti tarixə dəyişdirilib.

 

İnsan Resursları Mərkəzi bəyan edib ki, sözügedən imtahan mərkəzində olan namizədlərin şəxsi səhifələrinə növbəti test imtahanı ilə bağlı müvafiq məlumat göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahan tarixi və məkanla tanış ola bilərlər.

 

Qeyd edək ki, 9 iyul tarixində təşkil olunan imtahana 7 015 namizəd dəvət olunub. Ümumilikdə 83% davamiyyət qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...