BMU–İNHA ikili diplom proqramının ilk “Məzun günü” tədbiri keçirildi


BMU–İNHA ikili diplom proqramının ilk “Məzun günü” tədbiri keçirildi

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının ilk “Məzun günü” tədbiri keçirilib.
 

Sfera.az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin rəsmiləri, Koreyanın ölkəmizdəki səfirliyi, həmçinin KOICA-nın əməkdaşları, hər iki universitetin rektorları, professor-müəllim heyəti, eləcə də məzunlar iştirak ediblər.
 

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Nazir müavini bildirib ki, dövlət proqramları təhsilini xaricdə davam etdirmək istəyən şəxslər üçün geniş imkanlar yaradır. İdris İsayev məzunların qazandıqları bilik və bacarıqların gələcək əmək fəaliyyətlərində onlara böyük fayda verəcəyini qeyd edib.  
 

BMU-nun rektoru Yaqub Piriyev çıxışında ikili diplom proqramından məzun olan tələbələri təbrik edib və bildirib ki, müxtəlif proqramlar çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alan gənclərin böyük əksəriyyəti geri qayıdaraq ölkəmizin inkişafına töhfə verir. Yaqub Piriyev hazırda proqram çərçivəsində 385 tələbənin təhsil aldığını və artıq 61 nəfərin məzun olduğunu söyləyib. 
 

İNHA Universitetinin rektoru Cho Myeong Voo isə BMU–İNHA ikili diplom proqramı məzunlarının 10%-nə bu universitetin magistratura səviyyəsinə qəbul olunduqları təqdirdə tam təqaüd ayrılacağını və istedadlı tələbələrin inkişafı üçün dəstək göstəriləcəyini bildirib.  
 

Tədbirin sonunda isə məzun olmuş ixtisas birincilərinə fəxri diplomlar təqdim edilib.


OXŞAR XƏBƏRLƏR

“Uber Azərbaycan” 25 min manat CƏRİMƏLƏNDİ – RƏSMİ

Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulmasına qarşı mübarizə aparılır.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorlu...

Baqerinin qızı da həlak olub - FOTO

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin qızı, "Defa Press" agentliyinin əməkdaşı Fereşte Baqeri, bu səhər İsrailin Tehrana end...

İsrailin şimalında hava həyəcanı siqnalı: 2 PUA vuruldu

İsrailin şimalındakı bir sıra yaşayış məntəqələrində hava həyəcanı siqnalları səslənib.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kana...

Həcc ziyarətindəki zəvvarlarımızın ölkəyə qayıdışı necə TƏŞKİL OLUNACAQ? – QMİ-dən AÇIQLAMA

“Baş verən son hadisələrlə əlaqədar, (İsrailin İrana endirdiyi hava zərbələri - red.) Həcc ziyarətindən gələn zəvvarların Azərbaycana qayıtmasında heç bir...

KİV: İsrailin İrandakı əməliyyatı 14 gün davam edəcək

İsrail İrana qarşı əməliyyatı 14 gün ərzində aparmağı planlaşdırır.   Sfera.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yük...

Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları ...