Bu imtahanın nəticələri AÇIQLANDI

Bu imtahanın nəticələri AÇIQLANDI

İyulun 1-də Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanının nəticələri elan edilib. Sözügedən imtahanlar 21, 22, 23 iyun tarixlərində təşkil olunub.

 

Bu barədə Sfera.az-a Təhsil İnstitundan məlumat verilib. Bildirilib ki, şagirdlər sy.edu.az platforması üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 10 bal nəticə göstərmiş şagirdlər seçim mərhələsində iştirak edərək lisey seçimi etməlidirlər. Qeyd edək ki, bu mərhələdə şagirdlərə 3 lisey seçimi hüququ verilir. Hər 3 seçimi etmək zəruri deyil.

 

Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər üçün 9 iyul saat 16:00-dək şagirdə uyğun müəssisələr arasından seçim edilməlidir. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

 

Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 4 iyul saat 12:00 tarixinədək [email protected] elektron ünvanı vasitəsilə qəbul edilir.


OXŞAR XƏBƏRLƏR

"BakuBus" yeni marşrut xəttini istifadəyə verdi

"BakuBus" MMC 140 E nömrəli yeni müntəzəm marşrut xəttini istifadəyə verib.   Sfera.az şirkətə istinadən xəbər verir ki, avtobuslar 10 dəqi...

Azərbaycanda bu bahalı əməliyyatlar ÖDƏNİŞSİZ OLACAQ - RƏSMİ AÇIQLAMA

Beyin şişləri həm beyin toxumasının, həm də onun damarlarının, qişalarının, sinirlərinin, endokrin strukturlarının onkoloji zədələnmələrinin daxil olduğu k...

Prezident Qazaxıstanın Astana şəhərində SƏFƏRDƏDİR

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak...

Putin Qazaxıstanda səfərdədir - ŞƏT-in iclasında İŞTİRAK EDƏCƏK

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın paytaxtı Astanaya səfər edib.   Sfera.az bildirir ki, o, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Ba...

FHN:"Ötən sutka ərzində 34 yanğına çıxış olub, 4 nəfər xilas edildi"

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

İtaliya 20 milyard avro dəyərində tanklar alacaq

İtaliya "Rheinmetall" şirkətindən 20 milyard avro dəyərində 550-dən çox tank almaq niyyətindədir.   Sfera.az xəbər verir ki, bu barədə &quo...