Azərbaycanda ilk dəfə COP 29 çərçivəsində yeni ixtisaslar YARADILIR

Azərbaycanda ilk dəfə COP 29 çərçivəsində yeni ixtisaslar YARADILIR

Azərbaycanda ilk dəfə olaraq Peşə Təhsil sistemində COP 29 ili çərçivəsində yeni ixtisaslar yaradılır.

 

Sfera.az xəbər verir ki, bunu iyunun 24-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində keçirilən “Məzun günü”ndə Mərkəzin direktoru Kənan Bağırov deyib.

 

"Ölkəmizdə keçiriləcək COP29 ili çərçivəsində ilk dəfə olaraq peşə təhsil sistemində yeni ixtisas (Alternativ enerji qurğu və avadanlıqlarının istismarı) yaradılıb ki, bu ixtisas üzrə də İZİA-nın Peşə Təhsil Mərkəzinə 2 qrup üzrə 40 nəfər tələbənin qəbulu nəzərdə tutulur"- K. Bağırov bildirib.

 

Qeyd edilib ki, İsveçrə universiteti "SMBS – Swiss Montreux Business School" arasında əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq Peşə Təhsil Mərkəzində ikili diplom proqramından istifadə olunacaq. İlkin mərhələdə “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik” ixtisası üzrə təhsil alan tələbələr bu proqramdan faydalanacaqlar. (apa)


OXŞAR XƏBƏRLƏR

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...