Bu hallarda uşaqlar I sinfə qəbul olunmayacaq - RƏSMİ

Bu hallarda uşaqlar I sinfə qəbul olunmayacaq - RƏSMİ

2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu 1 may tarixindən başlayır.


 
Bəs hansı halda uşağın ümumi təhsil müəssisəsinə qəbuluna imtina verilə bilər?


 
Mövzu ilə bağlı Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, ilk növbədə, məsul şəxs //mektebeqebul.edu.az/ elektron sistemində qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır.


 
"Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın ümumi təhsil müəssisəsinə qəbuluna imtina verilə bilər",-məlumatda bildirilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR