7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Laçın (Şəhər 2 №-li tam orta məktəb və Zabux kənd tam orta məktəbi.), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1, Quba - 1 rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

 

Bəs nəticələr nə vaxt elan olunacaq?

 

DİM-dən Sfera.az-a verilən məlumata görə, 7 aprel tarixində IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinin mayın 10-dək elan olunması nəzərdə tutulur. 

 

“Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil”, - məlumatda bildirilib.

 

Qeyd edək ki, buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

13 yaşına qədər uşaqlar smartfondan istifadə etməməli, 18 yaşından kiçiklərin isə sosial mediaya girişi qadağan edilməlidir.   Sfera.az bildirir ki, ...

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək ...

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxa...

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

İTV-nin "Xəbərlər" proqramının aparıcılığından ayrılıb, ARB TV -də "Maqazin Plus" proqramında aparıcılığa başlayan Zümrüd Şahovaya ağır itki...

Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI - GÜNDƏLİK

Milli Məclisin növbəti plenar iclası 7 may 2024-cü il tarixində keçiriləcək.   Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxil edilib. ...

Şoyqu: "ABŞ Ukraynadan Rusiyanın hücumunu dayandırmağı israrla tələb edir"

ABŞ və müttəfiqləri Ukraynadan nəyin bahasına olursa-olsun, Rusiya Silahlı Qüvvələrinin hücumunu dayandırmağı israrla tələb edirlər.   Sfera.az xəbər...