""Məktəblinin dostu" layihəsi çərçivəsində 11 mindən çox uşağa yardım göstərilib" - Rüstəm Ağayev

2016-cı ildən bu günə qədər “Məktəblinin dostu” layihəsi çərçivəsində 11 mindən çox uşağa yardım göstərilib. 

 

Sfera.az xəbər verir ki, bunu “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev layihənin tətbiqinə dair keçirilən tədbirdə deyib. 

 

O bildirib ki, layihə çərçivəsində 2 min 586 dəfə təcili tibbi yardım çağırılıb: 

 

“Layihə fəaliyyətə başladığı gündən 22 dəfə məktəblərdə yanğının qarşısı alınıb. Həmçinin 2 mindən çox uşağa psixoloji yardım göstərilib. 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib”. 

 

Rüstəm Ağayev qeyd edib ki, "Məktəblinin dostu" direktora və məktəb heyətinə bir dəstəkdir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR