Bu il keçid balları qalxacaq? - Ötən illərlə MÜQAYİSƏ

Bu il keçid balları qalxacaq? - Ötən illərlə MÜQAYİSƏ

Dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 3 mart tarixli buraxılış imtahanının cavabları açıqlanıb.

 

Sfera.az xəbər verir ki, nəticələrə əsasən, ötən illərə nisbətən bu il yüksək bal toplayan abituriyentlər çoxluq təşkil edir.

 

Yüksək bal toplayan abituriyentlərin sayının artması böyük ehtimalla keçid balının artmasına səbəb olacaq.

 

Belə ki, qəbul imtahanlarında keçid balları abituriyentlərin topladığı bala və onların sayının nisbətinə görə hesablanaraq müəyyən olunur.

 

Artıma bu il birinci buraxılış imtahanından 14 abituriyentin maksimum – 300 balı toplaması və dövlətin hər il tələbələrin qəbulu ilə bağlı plan yerlərinin sayını artırması da öz təsirlərini göstərəcək.

 

Qeyd edək ki, son 4 ilin imtahanlarına baxdıqda nəticələrin təxminən eyni olduğunu görürük. Ötən il 50 011 abituriyentdən yalnız 1 nəfər 297 bal toplayıb. 2022-ci ildə 47 200 abituriyentdən sadəcə 2 nəfər maksimum nəticəni əldə edə bilib. 2021-ci ildə 30 096 nəfərdən 1-i maksimal nəticə əldə edib. 2020-ci ildə 20 719 nəfər arasından bir abituriyent 297 bal toplayıb. 

 

2023-də nəticələrin aşağı olması səbəbindən abituriyentlər ali təhsil müəssisələrinə hətta 150-165 balla qəbul ola bilib.

 

Nəticədə, blok imtahanı keçən ilki səviyyədə olsa belə, ən azından keçən ilə nisbətən keçid ballarının qalxacağı ehtimalı var. Balların qalxmaması ehtimalı blok imtahanının keçən ilki imtahandan daha çox çətin olması ilə baş verə bilər.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...