Doktorantura təhsilinin üstünlükləri nədir? - Ekspert AÇIQLADI

Doktorantura təhsilinin üstünlükləri nədir? - Ekspert AÇIQLADI

Doktorantura təhsildə yüksək pillə sayılır. Azərbaycanda bu təhsil fəlsəfə və elmlər doktorluğu olmaqla proqramlara ayrılır.

 

Bəs doktoranturanın üstünlükləri nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, doktorantura təhsili elmə və oxumağa çox ciddi həvəsi olan şəxslərin işidir.

 

“Azərbaycanda fəlsəfə doktorluğunda 3 adda proses aparılır. Əyani, qiyabi doktorantura və dissertantura. Dissertantura oxuyan biri kənarda da rahatlıqla full-time işləyə bilər. Amma əyani doktarantura oxuyanların full time işləməsinə icazə verilmir”.

 

Ekspert qeyd edib ki, doktorontura təhsili almaq hər hansı bir sahədə tam ixtisaslaşmağa və çox yaxşı analtik təfəkkürə və tədqiqat qabiliyyətinə sahib olmağa imkan verir.

 

“Doktorantura təhsili olan şəxslər gələcəkdə çox yaxşı maddi qazanc əldə edə bilirlər. Onların akademik azadlığı, müstəqilliyi olur. Doktorantura təhsili almağa qərar verən şəxslər intensiv öyrənmə ilə məşğul olmalıdırlar. Təhsilin bu pilləsinin həm xərci, həm də dərs yükü daha çoxdur. Bu istiqaməti seçən şəxslər araşdırma qabiliyyətini və dil biliklərini gücləndirməlidirlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...