Bu tələbələrə 200 min dollar maliyyə dəstəyi AYRILDI

Bu tələbələrə 200 min dollar maliyyə dəstəyi AYRILDI

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) Misir universitetlərində oxuyan 500 fələstinli tələbəyə 200 min dollar dəyərində maliyyə dəstəyi verib.

 

Sfera.az xəbər verir ki, bu barədə qurum bəyanat yayıb. Bildirilib ki, bu dəstək Misir universitetlərində təhsil alan fələstinli tələbələrə dəstək proqramı çərçivəsində həyata keçirilib.

 

Qeyd edək ki, maliyyə dəstəyinin paylanılmasına mart ayının 26-sı Fələstinin Qahirədəki səfirliyində başlanılıb.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR