Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başladı

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başladı

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. 


Sfera.az xəbər verir ki, o, bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutunda professor (tenure-track) vəzifəsində çalışıb. 


Qeyd edək ki, Röya Talıbova 2007-2011-ci illərdə Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və avropaşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-cü ildə o, Harvard Universitetində dövlət idarəetməsi ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirib.


Röya Talıbova 2015-2022-ci illərdə isə Miçiqan Universitetinin Statistika departamentində magistratura, Siyasi elmlər və elmi hesablamalar departamentində isə doktorantura təhsili alıb.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft BAHALAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyər...

Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə CƏLB EDİLDİ

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Lökbatan ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.   Bu barədə Sfera....

Azərbaycan və Belarus şəhərsalma və memarlıq sahəsində memorandum İMZALADI

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə "Qırmızı Əmək Bayrağı Ordeni Belqo...

Nobel mükafatı laureatı Azərbaycana GƏLƏCƏK

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancar may ayının 30-da Azərbaycana gələcək.   Sfera.az xəbər ...

Qazaxıstan Vyetnam şirkətlərinə Orta Dəhlizdən istifadəni TƏKLİF ETDİ

Qazaxıstan Vyetnama Avropaya məhsul ixracı üçün Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) imkanlarını nəzərdən keçirməyi təklif edib.   ...

Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə GETDİ

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 15-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gedib. ...