2024-cü ildə sertifikatlaşdırılma prosesinə bu müəllimlər CƏLB EDİLƏCƏK

2024-cü ildə sertifikatlaşdırılma prosesinə bu müəllimlər CƏLB EDİLƏCƏK

“2024-cü ildə əlavə olaraq 25-30 min təhsilverən üçün sertifikatlaşdırılma prosesi keçiriləcək”. 

 

Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir qeyd edib ki, prosesə riyaziyyat, Azərbaycan dili (rus bölməsi) və xarici dil fənlərini tədris edən müəllimlər cəlb ediləcək. 

 

Emin Əmrullayev əlavə edib ki, bu günədək ölkə üzrə 140 min təhsilverənin 40 min nəfəri sertifikatlaşdırılma prosesinə cəlb olunub. Sertifikatlaşdırılma nəticələrinə əsasən, 24 min təhsilverənin əməkhaqqına 10 faiz, 8 min  təhsilverənin əməkhaqqına isə 35 faiz əlavə edilib. 

 

2026-ci ilə qədər sertifikatlaşdırılma çərçivəsində müəllimlərin əməkhaqlarına əlavələr üçün büdcədə ümumilikdə 500 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...