"Məktəblərə mobil telefonun girişi qadağan edilməlidir" - Ekspertdən ÇAĞIRIŞ

“Şagirdlərin məktəbə sensorlu mobil telefon aparması qadağan edilməlidir”.

 

Sfera.az bildirir ki, bunu filologiya üzrə fəlsəfə doktoru, müstəqil ekspert Elyar İslamoğlu deyib. O, fikirlərini bu cür əsaslandırıb:

 

“Sosial şəbəkələrə və porno saytlara giriş çox rahatdır. Şagirdlər məktəbdə də istədikləri zaman həmin saytlara və sosial şəbəkələrə daxil ola bilir, zorakılıq videolarını kütləvi şəkildə izləyirlər. Bu da onların tərbiyəsinə və davranışına birbaşa təsir edir. Həm də bəzi şagirdlər sosial şəbəkələrdə paylaşıb reytinq yığmaq üçün istər dərs zamanı, istərsə də tənəffüslərdə xoşagəlməz çəkilişlər edirlər”.

 

Ekspert bildirib ki, dərsdən sonra sensorlu mobil telefonun şagirdə verilib-verilməməsinə valideynlər özləri qərar verə bilər:

 

“Amma məktəblərə sensorlu mobil telefonun girişi birdəfəlik qadağan edilməlidir. Övladı üçün narahat olan valideynlər onlara sadə, yalnız zəng funksiyası olan telefon verə bilər”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...