"Çox pul ödəmək istəməyənlər, yüksək bal toplayıb dövlət hesabına təhsil alsınlar" - Ekspert

Elm və təhsil naziri Emin Əmrullayev 1 noyabr 2023-cü ildə Təhsilin İnkişafı Forumunda çıxışı zamanı demişdi ki, 1500 manata mühəndis hazırlamaqdansa, hazırlamamaq daha yaxşıdır. Təhsil haqları elə indi də bir çox ailələr üçün bahadır.

 

Bəs çıxış yolu nə olmalıdır? Təhsil haqlarımı qalxmalıdır, yoxsa dövlət tərəfindənmi müəyyən yardım edilməlidir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli bildirib ki, ölkəmizdə təhsil haqları aşağıdır:

 

“Doğrudur ki, ali təhsil müəssisələrində təhsil haqqı qiymətləri bəzi ailələr üçün bahadır, amma dünyanın təhsil məkanına baxsaq, görərik ki, ən aşağı məbləğ Azərbaycandadır. Məsələn, Türkiyədə dövlət universitetlərində təhsil haqqı olmur, çünki həmin ali təhsil müəssisələrini hökümət maliyyələşdirir. Özəl universitetlərdə isə bu rəqəm 4000-20000 dollar arasında dəyişir. Gürcüstanda bu rəqəm yerli tələbələr üçün 1500-2000 dollar arasındadır. Xarici vətəndaşlar üçün isə təhsil haqqı bahadır. 

 

Ekspertin fikrincə, abituriyent keyfiyyətli təhsil istəyirsə, pul ödəməlidir:

 

“Yüksək məbləğdə ödəniş etmək istəməyənlər isə yüksək bal toplayıb dövlət hesabına təhsil almalıdır. 150 balla universitetə daxil olub aşağı məbləğdə təhsil haqqı ödəmək doğru yanaşma deyil. Təhsil dünyada bahalı sahədir. Gələcəyinə investisiya qoyanlar üçün təhsil haqqının məbləği ciddi rol oynayır”. 

 

V.Kərimli bildirdiyinə görə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin apardığı institusional akkreditasiya üzrə qiymətləndirmədən də görmək olur ki, ATM-in maliyyə vəziyyəti ürək açan deyil:

 

“İndi mərkəzdəki heç bir universitetdə təhsil haqqı 1700 manatdan aşağı deyil. Onlar ciddi ziyanla işləyirlər. 2500, 5000 manatlıq ixtisaslara Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi 1700 manat ödəyir. Bu məbləğ olduqca azdır. Bu məsələ tənzimlənməli idi.

 

Universitetlər maliyyə və infastruktur məsələlərinə görə, xaricdən alimlər cəlb edə bilmirlər. 2026-cı ilə qədər universitetlərin həcminin 75 minə çatdırılması hədəfi var. Buna görə ali təhsil müəssisələri üçün yeni kampuslar tikilməlidir. Əksər ali təhsil müəssisələri publik hüquqi şəxsdir. Onlar hansı vəsaitlə bunları edəcək?”

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Zelenski bu şuraya MÜRACİƏT ETDİ

Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının Ukraynada sülh və təhlükəsizliyin təmin edilməsi adı altında keçirilən yüksək səviyyəli sessiya...

Bu küçədə zolaqlar standartlara uyğunlaşdırılaraq yeniləndi - FOTO

Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli...

Altı məktəb direktoru İŞDƏN ÇIXARILDI - RƏSMİ

Naxçıvan Muxtar Respublikasında (MR) altı məktəb direktoru vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublika...

Peşə məktəblərinə qəbul olanların sayı ARTIB

Peşə təhsili almaq istəyənlərin sayı artıb. Sfera.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2024/2025-ci tədris ili üzrə peşə təhsil...

Tramp-Zelenski görüşü baş tutmayacaq - “Associated Press”

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək niyyətində deyil.   Sfera.az bildirir ki, bu barədə “As...

"Azərbaycanın hərbi sənaye imkanları hansı səviyyədədir? - Sorğu NƏTİCƏLƏRİ

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın hərbi sənaye imkanlarına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.    STM-d...