Bu gün imtahan var

Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirir.

 

DİM-dən Sfera.az-a verilən məlumata görə, qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunur. İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. 

 

İmtahanda iştirak etmək üçün 19725 bakalavr ərizə təqdim edib. Onlardan 18205 nəfəri Azərbaycan bölməsi, 1520 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12713-si cari ilin, 7012-si isə əvvəlki illərin məzunlarıdır, 46 nəfər xarici ölkə vətəndaşıdır.


OXŞAR XƏBƏRLƏR