\"Bu sistemlə həm vaxta qənaət edilər, həm də valideynlərin xərci azalar\" - Ekspertdən TƏKLİF

\

Ölkəmizdə demək olar ki, artıq hər bir uşaq repetitor yanına gedir. Övladlarının təhsili üçün hazırlıq müəllimlərinə ayda 1000 manat verən valideynlər var. Eyni zamanda, məktəbdən sonra hazırlığa gedən şagirdlər daha çox enerji sərf edirlər. Belə ki, onlar həm məktəb müəllimlərinin verdikləri dərsləri oxumalı, həm də repetitorun tapşırıqlarını hazırlamalı olurlar.


Bəs belə bir sistem yaradıla bilərmi ki, həm valideynlər hazırlıqlara verdikləri pullarla dövlət məktəblərini maliyyələşdirsinlər, həm də uşaqlara elə məktəbdə daha keyfiyyətli dərs keçsinlər?


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev bildirib ki, ölkəmizdə bəzi valideynlər maaşının iki qatı qədər repetitora ödəniş edir:


“Bu da onu göstərir ki, ölkəmizdə valideynlər övladının təhsili üçün kifayət qədər çox pul xərcləyirlər və buna uşaqlarının gələcəyinə investisiya kimi baxırlar. Bu çox müsbət bir haldır”.


Ekspert qeyd edib ki, məktəblərdə istədiyimiz səviyyədə dərs keçilmir:


“Bunlara səbəb vaxtın azlığı, siniflərdə şagird sayının çoxluğudur. Əslində, biz bu sistemi yavaş-yavaş təkmilləşdirməyə başlasaq, çox yaxşı nəticə əldə edə bilərik. Hazırda dövlət məktəbindəki quruluşu özəl təhsil müəssisələrindəki sistemlə əvəzləyə bilərik. Belə ki, dərsdən sonra ev tapşırıqlarını hazırlamaq üçün müəllim şagirdlərə vaxt ayırır və bunun müqabilində müəyyən qədər məvacib alır. Çünki aşağı sinif şagirdlərinin əksəriyyəti, yuxarı siniflərin isə 30-40 faizi öz məktəb müəllimlərinin yanına hazırlığa gedirlər”. 


A.Vəliyevin sözlərinə görə, yeni sistem tətbiq olunsa, böyük töhfələr verə bilər:


“Məktəbdə bu sistem üçün şərait yaradılsa, həm vaxta qənaət edərik, həm də valideynlərin xərcini azaltmış olarıq. Eyni zamanda, həmin pullarla müəllimin də maaşı artar, hətta məktəbin hansısa ehtiyacı varsa, onlar da ödənə bilər. Bəzi ölkələrdə bu sistemdən istifadə olunur. Ölkəmizdə bəh-bəhlə danışılan Sinqapur, ABŞ, Finlandiya təhsil sistemlərində belə valideynlər övladlarını hazırlıqlara göndərirlər. Rəqabəti təmin etmək üçün övladlarımızı hazırlıqlara göndərməliyik”.

 

Firuzə Əliyeva


 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...