"Gəncə kriminal şəhərdir, məktəblərin önündə polislər dayanmalı və şagirdlərin..." - MÜHÜM AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə 2007-ci il təvəllüdlü F. Şabanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Ümumiyyətlə, son zamanlar yeniyetmələrdə artan aqressiya hallarına, soyuq silahlara həddindən artıq marağın yaranmasına və təəssüf ki, cinayətlərə tez-tez rast gəlirik. Məsələyə daha ciddi baxsaq, hətta kriminal aləmin tanınmış simalarına pərəstiş edən, onlar kimi hərəkətlər etməyə başlayan yeniyetmələr də var. Bunun nümunələrini yeniyetmələrin çəkib sosial şəbəkələrdə paylaşdıqları videolardan da görmək olur.

 

Maraqlıdır, yeniyetmələrdə kriminal aləmə meyil niyə artır? Şagirdlərdə mədəniyyətin formalaşması üçün məktəblər hansı tədbirlər həyata keçirməlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, son illər orta məktəblərdə şagirdlər arasında şiddətin artması göz qabağındadır:

 

“İlk növbədə qeyd edim ki, hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır və hər gün həmin şagirdlərin təlim-tərbiyəsi ilə 150 mindən çox müəllim məşğul olur. Bu o deməkdir ki, təkcə ümumtəhsil müəssisələrində 2 milyona yaxın insan tədris prosesinin iştirakçısına çevrilir. Bu səbəbdən xoşgəlməz, bədbəxt hadisələr baş verə bilər. Gəncə şəhərində baş verən hadisə nəticəsində bir şagirdin həyatını itirməsi də böyük bir itkidir. Etiraf etmək lazımdır ki, Gəncə də kriminal şəhərdir. Bu, birinci hal deyil. Dəfələrlə şagirdlərin bir-birinə kəsici-deşici alətlərlə xəsarət yetirməsinin şahidi olmuşuq”. 

 

Mütəxəssis qeyd edib ki, yeniyetmələrdə kriminal aləmə marağın azaldılması üçün KİV və məktəblərdə tərbiyə işlərinə diqqət yetirmək lazımdır:

 

“Çox təəssüf ki, bu gün Azərbaycan məktəblisi qəhrəman kimi nümunə olaraq tariximizdəki hansısa uğurlu şəxsləri yox, cinayət, oğru aləminin məşhur simalarını götürürlər. Əksəriyyəti də sosial şəbəkələrdə bu şeylərlə tanış olur və təbliğ edir. Siz artıq aşağı sinif şagirdlərinin üzərində belə soyuq, kəsici-deşici alətlər tapa bilərsiniz. Bir məktəbli niyə o yaşda özünü müdafiə üçün üzərində bu cür alətlər daşımalıdır? Bu, yolverilməzdir. Bizim dərsliklərimiz şagirdlərdə nümunəvi vətəndaş obrazı yarada bilmir. Ən vacib məqamlardan biri olan şəxsiyyət yetişdirmə öhdəliyimizi məktəblərdə yaxşı yerinə yetirməliyik, amma orta ümumtəhsil müəssisələrində bu istiqamətdə problemlər var. Məktəblər daha çox formal xaraker daşıyır, tədrisin keyfiyyətində, təlim-tərbiyə proseslərində çatışmazlıqlar mövcuddur. Məktəbin öz vəzifələrini yerinə yetirməklə bağlı çətinlik yaşaması ciddi bir məsələdir”. 

 

K.Əsədov sonda vurğulayıb ki, bu tipli hadisələrin qarşısının alınması üçün maarifləndirmə tədbirləri həyata keçirilməli və nəzarət mexanizmi gücləndirilməlidir: 


“Hesab edirəm ki, məktəblərin yaxınlığında mütəmadi olaraq post patrul xidmətinin əməkdaşları reydlər aparmalıdır. Məktəblərin yaxınlığında bu tipli alətlərin satışına nəzarət olunmalıdır. Şagirdlərin üstünün yoxlanılmasına ciddi ehtiyac var. Onlar psixoloji testlərə cəlb edilməlidir. Psixoloji narahatlığı olan uşaqlara xüsusi təlimlər keçilməlidir. Bu cəhətdən məktəb psixoloqlarının üstünə böyük yük düşür. Əgər iki eyni yaşda məktəblinin arasında konflikt varsa, deməli, onlar arasında kommunikasiyanın yaranmasında problem mövcuddur. Bu da təhsil mühitinin aşağı düşməsi ilə əlaqədardır. Deməli, şagirdlər o qədər bikardırlar ki, boş vaxtlarını bu tipli məsələlərlə doldurmağa çalışırlar”. 

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Qış təlimi - 2025" bi...

İnstaqramın fəaliyyətində problem yarandı

Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə məşhur...

Çimnaz Sultanova vəfat etdi

Aktrisa Çimnaz Sultanova vəfat edib.   Sfera.az bildirir ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.   Mərhum sabah dəfn ediləcək...

Çoxəsrlik ənənəni pozur: Mişel Obama Trampın andiçmə mərasimində iştirak etməyəcək

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama gələn həftə yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək. Bu barədə xanım Obamanın ofis...

Ərdoğan Suriya XİN başçısını qəbul etdi

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybanini qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə med...

Hava yollarındakı görünməyən təhlükə:Uçuşlara təsir edir...

Son dövrlərdə dünya üzrə baş verən təyyarə qəzaları və texniki nasazlıqlar bir çox sualları gündəmə gətirir. Xüsusilə də bəzi mütəxəssislər və müzakirəçilə...