Diplomatik xidmətə qəbul imtahanı keçirildi

Diplomatik xidmətə qəbul imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib.

 

DİM-dən Sfera.az-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 43 nəzarətçi müəllim, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

 

İmtahanda namizədlərə qanunvericilik və ümumi sahəvi bilikləri yoxlayan 75 tapşırıq (65 qapalı tipli və 10 açıq tipli), ümumi dünyagörüşü səviyyəsini yoxlayan 15 tapşırıq (12 qapalı tipli və 3 açıq tipli) və verbal, rəqəmsal mәlumatlarla işləmə və mücərrəd düşünmə bacarığını yoxlayan 30 tapşırıq olmaqla, (25 qapalı tipli və 5 açıq tipli) ümumilikdә 120 tapşırıq təqdim olunub.

 

İmtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...