Bağça müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ

Bağça müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə elektron sistem üzərindən həyata keçiriləcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.

 

Məktəbəqədər təhsil müəssisələrində vakant yerlər barədə məlumat Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

 

Müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.

 

İlkin mərhələsində elektron ərizələrin qəbulu həyata keçiriləcək. Test imtahanı mərhələsində hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub-anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla, ümumi 60 sual təqdim edilir. Hər bir namizəd üçün imtahanda 120 dəqiqə vaxt ayrılır.

 

Test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla, ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılır. Müsahibə mərhələsində namizədlər ünsiyyət və təqdimetmə bacarığı, liderlik və idarəetmə bacarığı, məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi meyarları əsasında 5 ballıq şkala ilə qiymətləndirilir.

 

Müsahibədə 3,5 və daha yüksək bal toplamış namizədlər həmin mərhələdən keçmiş hesab edilir. Müsahibə mərhələsinin nəticəsinə əsasən, namizədlərin vakant yerlərə yerləşdirilməsi yerli təhsili idarəetmə orqanının rəyinə uyğun olaraq komissiya tərəfindən aparılacaq.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...