“Yay tətilində şagirdləri əlavə məşğələlərlə yükləmək doğru deyil” - EKSPERT

“Yay tətilində şagirdləri əlavə məşğələlərlə yükləmək doğru deyil” - EKSPERT

Bəzi hallarda valideynlər məktəbli övladlarını yay tətili müddətində istirahətdən məhrum edir, müəyyən kurslara yönəldirlər. Beləliklə, şagirdlər 3 aylıq tətil dönəmində kitab-dəftərdən uzaq qala bilmir.

 

Maraqlıdır, məktəbliləri yay tətili müddətində müxtəlif fənlərlə yükləmək doğrudurmu? Yaxud, bu dönəmdə hansı fənlərlə məşğul olmaq lazımdır?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi şagirdlərin tətil dönəmində yalnız müəyyən dövr ərzində müxtəlif fənləri inkişaf etdirə biləcəyini deyib. Mütəxəssisin sözlərinə görə, yalnız müəyyən qrupdan olan şagirdlər tətil boyunca müəyyən fənlərdən hazırlaşa bilər:

 

“Yay tətili dönəmində bəzi təşkilatlar tərəfindən yay məktəbi təşkil olunur, yaxud təhsilvermə ilə bağlı bəzi təşkilatların xüsusi dövr ərzində əyləncəli proqramların keçiriləcəyi müəyyən layihələri olur. Valideynlər həmin layihələrdə övladlarının iştirak etməsinə çalışsa da, bu, uşaqların zehni yorğunluğu ilə nəticələnir. Yay tətilində şagirdlərə növbəti tədris ilinə hazırlıq üçün maksimum enerji toplamağa şərait yaratmalıyıq. Tətil boyunca övladalarımızı müxtəlif fənləri oxumağa məcbur etsək, onlar artıq təhsildən kənara çıxmağa meyil edəcəklər. Maksimum iyul ayın 14-dək şagird təhsil dönəmində mənimsəyə bilmədiyi fənlərlə məşğul ola bilər. Blok, buraxılış imtahanı verməyəcək uşaqları əlavə fənlərlə yükləməyin mənası yoxdur”.

 

Ekspert yay tətili zamanı övladlarını dil kursuna yönəldən valideynlərə də çağırış edib:

 

“Bəzi valideynlər tətil dönəmində uşaqların xarici dil öyrənməsinə çalışır ki, bu məsələdə maksimum didqətli olmaq lazımdır. Uşaqlar belə kurslarda təhsildən yayınmağa çalışacaq, bezəcək. İbtidai sinifdən 8-ci sinifədək olan uşaqlara imkan vermək lazımdır ki, tətil dönəmində əylənsinlər. Yay tətili dönəmində müxtəlif fənlərlə məşğul olmağa o halda icazə verilə bilər ki, həmin şəxslər blok imtahanı verməyə hazırlaşırlar. Bu gün 1 milyon 600 mindən çox təhsil alan var, 11-ci siniflər istisna olmaqla digərləri istirahətdə olmalıdırlar. Müəyyən təşkilatların keçirtdikləri yay düşərgələrində yalnız 2 həftəlik, 1 aylıq iştirak etmək doğru sayılır. Şagirdlər müəyyən çətinliklikləri olan fənlə yay tətili dönəmində gün ərzində 1 saat, yaxud saatyarım məşğul ola bilərlər. Uşaqları inkişaf etdirmək üçün onlara məntiqi tapşırıqların verilməsi daha yaxşı olardı. Çünki məntiqi çalışmalar uşaqların zehni inkişafına böyük mənada dəstək olur”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...