Nazirlikdən 1-ci sinfə qəbulla bağlı iddialara CAVAB

Nazirlikdən 1-ci sinfə qəbulla bağlı iddialara CAVAB

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə və mətbuatda birinci sinfə gedəcək şagirdlərin şifahi nitq bacarıqları ilə bağlı müsahibədən keçirilməsi mövzusu müzakirə olunur. İddia olunur ki, gələcək birincilər şifahi nitq bacarıqları ilə bağlı imtahan verirlər. 

 

Sfera.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, öz ana dilində tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı heç bir müsahibə keçirilmir:

 

“Bir çox media orqanlarında 1-ci sinfə qəbulla bağlı həqiqəti əks etdirməyən məlumatlar yayımlanıb. Belə yazıların birində hörmətli Şahlar Əsgərovun 1-ci siniflərə şagird qəbulu ilə bağlı fikirləri yer alıb. Yazıda qeyd edilənlərin əksinə olaraq öz ana dilində tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı heç bir müsahibə keçirilmir. Onu da bildirək ki, növbəti tədris ili üzrə 130 mindən çox uşağın 1-ci sinfə qəbulu proqnozlaşdırılır. Artıq 110 mindən çox uşaq onlayn sistem üzərindən heç bir müsabiqə və müsahibəsiz 1-ci siniflərə yerləşdirilib. Bu sayın təxminən 90 mindən çoxu məktəbəhazırlıqdan birbaşa 1-ci sinfə qəbul olunub”. 

 

Nazirlikdən həmçinin bildirilib ki, bu proses sentyabrın 14-dək davam edəcək.

 

Təhsil eksperti Adil Vəliyevin sözlərinə görə, tədris digər dillərdə olarsa, həmin məktəblərdə şifahi nitq bacarıqları yoxlanıla bilər: “Tədris digər dillərdə aparılan bölmələrə uşaq qəbulu zamanı onların şifahi nitq bacarıqlarının yoxlanılması ümumtəhsil haqqında qanunvericiliyin tələbidir. Həm də uşağın gələcəkdə bu dildə  təhsil almağa hazır olub-olmamasını ayırd etməkdir. Bəzən valideynlər dili bilməyən övladlarını məktəbə yazarkən uşağın bu dili öyrənəcəyinə ümid bəsləyir. Tədqiqatlar göstərir ki, bu, tədris dilini dilməyən uşaqlar üçün ilk illərdə öyrənmə prosesində ciddi maneə yaradır, belə uşaqlar bir çox hallarda dərin psixoloji stres keçirirlər. Həmin şagirdlər bir neçə il ərzində dili öyrənsələr də, fənlərin öyrənilməsində böyük çətinliklə qarşılaşırlar. Bu həm də digər bölmələrdə təhsil alan şagirdlərin ümumi nəticələrinin aşağı düşməsinə gətirib çıxarır. Bir daha qeyd edirik ki, məktəbi dil öyrənmək kursu ilə eyniləşdirmək düzgün yanaşma deyil”.


OXŞAR XƏBƏRLƏR

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...

Bakıda dərzi iş yerində öldü

Bakıda dərzi işlədiyi sexdə vəfat edib.   Sfera.az xəbər verir ki, hadisə Səbail rayonu Nizami küçəsi 84-də yerləşən dərzi sexində baş verib. &nbs...

Şəxsiyyət vəsiqələrində mühüm DƏYİŞİKLİK – Yeni QANUN qəbul edildi

Azərbaycanda şəxsiyyət vəsiqəsinin üzərində olan məlumatlara şəxsin ünvanı da əlavə olunacaq. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respubli...

Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı

Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.   DİN-in Mətbuat xidmətinin regional qrupundan Sfera....