“Tələbə krediti bərabər imkanların yaradılmasında yeni mərhələdir” – ŞƏRH

“Tələbə krediti bərabər imkanların yaradılmasında yeni mərhələdir” – ŞƏRH
Azərbaycanda təhsil sahəsinin inkişafı istiqamətində zaman-zaman müxtəlif addımlar atılıb, proqramlar, layihələr həyata keçirilib. Son günlər isə, görülən işlər arasında təhsil tələbə kreditinin verilməsi diqqətçəkən məqamlardandır.
 
Sfera.az bildirir ki, artıq noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Bununla bağlı saytımıza açıqlama verən təhsil eksperti Nadir İsrafilov qeyd edib ki, təhsil tələbə krediti hamıya bərabər imkanların yaradılmasında yeni mərhələdir:

"Bildiyiniz kimi, ölkə başçısı tərəfindən imzalanmış 17 İyun 2021-ci il tarixli  fərmana əsasən, Fondun fəaliyyətinin təşkili ilə bağlı xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etmək, Fondun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydasını bir ay müddətində təsdiq edib, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılmışdı. Bu fərmanın mətnindən göründüyü kimi, əsas məqsəd təhsilin keyfiyyətini, əhatəliliyini təmin etmək, o cümlədən də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvləri olan gənclərə ali təhsil almaq imkanını yaratmaqdır. Artıq təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. 
 

Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növlərinin mövcudluğundan göründüyü kimi tələbə kreditləri ali təhsilin əhatəliliyini və əlçatanlığını artırmaqla bərabər, rəqabətliliyin də gücləndirilməsinə hədəflənib. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək ki, onlara kreditlər güzəştli şərtlərlə veriləcək. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd ali təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə (sosial kreditlər üzrə illik faiz dərəcəsi 2%, standart kredtilər üzrə isə 6% olaraq müəyyən edilib) və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir ki, bu da beynəlxalq təcrübəyə adekvatdır”.

Müsahibimizin sözlərinə görə, bu fondun bir çox müqayisəli məziyyətləri var:

"Bunların da içərisində tələbə təhsil krediti alacaq tələbələr üçün özəl və ya dövlət universitetinin fərqinin olmamasını, təhsil aldığı müddətdə kreditlərdən yararlanan tələbə başqa təhsil müəssisəsinə ödənişli əsaslarla köçürüldükdə, bu zaman da kreditlərdən yararlana bilməsini, bakalavriat pilləsində təhsil kreditindən faydalanan tələbənin məbləği geri qaytarmadan magistratura pilləsinə ödənişli qəbul olursa, o, kreditdən faydalana biləcəyini, təhsilin normativ müddətində, güzəşt və möhlət dövründə kreditə faiz hesablanmamasını və kreditin qaytarılmasının tələb olunmamasını xüsusi qeyd etmək olar. O da təqdir edicidir ki, yuxarı təhsil səviyyəsində əyani təhsil alan, həqiqi hərbi xidmətə gedən, məhkum olan, hamiləliyə, doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə möhlət hüququ veriləcək”.

Ekspert yeni qaydada qaranlıq görünə biləcək müəyyən məqamlardan da söz açıb:

"Bu kimi məsələlərə müraciətlər tam başa çatdıqdan və kreditlərin verilməsinə başlandıqdan sonra aydınlıq gələcək və qaydalarda hansısa təkmilləşmə və yeniləşmə zərurəti yaranacağı da istisna olunmur. Hələ ki, Təhsil Nazirliyinin təhsil tələbə krediti ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması məqsədilə  təqdim etdiyi xidmətlərdən yararlanmaq olar. Hesab edirəm ki, təhsil tələbə kreditinin tətbiqi ali təhsilin hamı üçün əlçatan olmasının təmin edilməsində təhsildə hamıya bərabər imkanların yaradılmasında yeni mərhələ olmaqla yanaşı, təhsildə rəqabətliliyin artırılmasına və bunun müqabilində təhsilin keyfiyyətinin yüksəldilməsinə də təsirsiz ötüşməyəcək”.

Günay Rəsulqızı
Sfera.az
 

 
Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 
Mövzu: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması



OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...