Kimya oxuyub İT və kompüter ixtisasına qəbul olunanlar... - Təhsil sistemində hansı köklü dəyişikliklər edilməlidir?

Kimya oxuyub İT və kompüter ixtisasına qəbul olunanlar... - Təhsil sistemində hansı köklü dəyişikliklər edilməlidir?
"Bu il təxminən 5 min nəfər İT və kompüter ixtisası üzrə ali məktəblərə qəbul olub. Yəni 5 min şagird son iki ildə informatikanı bir kənara tullayaraq  məcburən kimya öyrənib ki, İT ixtisasa qəbul ola bilsin”.
 
Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz deyib.  O xatırladıb ki, qəbul qaydalarına görə, İT və kompüter ixtisasını seçənlər informatika əvəzinə, kimyadan imtahan vermək məcburiyyətindədirlər:

"Zorən kimyaçılar artıq arzularına çatıblar. Artıq bu gündən sonra 5 min nəfər İT yönümlü tələbəmizə kimya lazım olmayacaq. Necə iki il ərzində informatikanı kənara atmışdılar, indi də kimyanı birdəfəlik kənara atacaqlar. Amma son iki  ildə informatikanı da öyrənmədiyindən universitetlərdə bu sahə üzrə bilik və bacarıqları mənimsəmək onlar üçün ciddi problemə çevriləcək.

Qonşu ölkələrdə şagirdlərə aşağı siniflərdən başlayaraq informatika sahəsində əsas anlayışlar, alqoritmlər və kodlaşdırma öyrədilir, rəqəmsal bacarıqlar aşılanır. İT və kompüter ixtisası seçənlər qabaqcadan bu istiqamətdə  təmayülləşir. Ali məktəblərə qəbul üçün bu sahə üzrə bilik və bacarıqlar əsas götürülür. Yəni digər ölkələrlə müqayisədə, bizdə İT və kompüter sahəsində ali məktəblərə qəbul olunan tələbələrin start vəziyyətləri "İnformatika, yoxsa kimya” problemi ucbatından kəskin dərəcədə fərqlənir. Biz İT sahəsi üzrə irəli getmək istəyən uşaqları sanki tutub saxlayırıq, onun belinə əlavə kimya yükü də yükləyirik, məktəbin və valideynin resurslarını  fərqli istiqamətə yönləndiririk ki, uşaq İT üzrə irəli gedə, üstün mövqe qazana bilməsin. Hansı ki, kimya üzrə biliklər bir də heç vaxt ona lazım olmayacaq”.

O.Gündüzün sözlərinə görə, yaranmış vəziyyət universitetlərdə İT sahəsi üzrə ali təhsilin keyfiyyətində ciddi problemlərə səbəb olur: 

"Universitetlərdə İT sahəsi üzrə təhsilin keyfiyyətində problemlər həm də məhz bu səbəblə bağlıdır. DİM-in bu problemin həlli istiqamətindəki səylərini heç bir halda yetərli hesab etmək olmaz”.

İT mütəxəssisi Vahid Qasımov isə problemlə bağlı bildirib ki,  kimya ixtisası informatikaya nisbətən daha qədim olduğuna görə, ölkədə itətök ac və işə yaramayan kimya müəllimi var:

"Bunları işlə təmin etməlidilər ya yox? Axı kimya ixtisasından məzun olmuş insan başqa hara getsin? Bizdə nəsə kimya istehsalı ilə məşğul olan bir yer var? Və ya nano-texnologiyalar ilə maraqlanan var? Bunun üçün ya orta məktəbdə müəllim işləyəcək, ya repetitorluq edəcək, ya da ki, taksi sürəcək. Bu qədər bəsit. Digər tərəfdən məktəblərin böyük hissəsində nə informatika müəllimi var, nə də kompüter var. Orada informatika necə keçilsin?”.

Ekspert həmçinin qeyd edib ki, bir ildən çoxdur "onlayn" vəziyyətdə təşkil olunası təhsil prosesində şagirdlərin ən yaxşı halda cəmi 10 faizi cəlb olunur:

"Yerdə qalanların ya kompüteri yoxdur, ya interneti yoxdur, ya işıqları yanmır, ya da evlərində şəraiti yoxdur. 20 ilə yaxın orta təhsil yoxmuş kimi məzunlar çıxırdısa, son 2 ildə orta təhsil ümumiyyətlə, mövcud deyil. Tək-tük müəllimlər onlayn dərs keçirdi, çünki məktəblərin heç birində 1,5 il ərzində onlayn, ya da hibrid təhsilin təşkili üçün heç bir tədbir görülməyib, heç nə nəzərdə tutulmayıb. Buna görə də bu il qəti şəkildə deyilir ki, təhsil icbari olaraq əyani olacaq. Bu, qlobal bir mövzudur. Təhsil sistemində köklü və kəskin dəyişikliklərin olunması lazımdır. Buna da nə dövlət, nə nazirlik, nə də ki cəmiyyət hazırdır".

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...