Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışdı

Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışdı
Təhsil naziri Emin Əmrullayev YUNESKO tərəfindən virtual formatda təşkil olunmuş Qlobal Təhsil Görüşünün növbədənkənar sessiyasında iştirak edib.

Sfera.az xəbər verir ki, COVID-19 pandemiyasının təhsil sahəsinə təsiri mövzusuna həsr olunan tədbirdə YUNESKO-nun baş direktoru Odri Azulay, BMT-nin Baş katibi Antonio Quttereş, bir sıra ölkələrin dövlət və hökumət başçıları, Təhsil nazirləri iştirak edib.

Tədbir zamanı Emin Əmrullayev pandemiya dövründə ölkəmizdə təhsilin davamlılığının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verib. Eyni zamanda Azərbaycanda yeni dərs ilindən tədris prosesinin hibrid - birbaşa və onlayn formada təşkil edildiyi və məktəblilərin sağlamlığının qorunması üçün lazımi addımların atıldığı vurğulanıb.

Təhsil naziri Azərbaycanın müxtəlif şəhər və rayonlarında dinc əhaliyə Ermənistanın raket zərbələri endirməsi nəticəsində 6 nəfər məktəblinin həlak olması, 17 nəfər məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-a qədər təhsil müəssisəsinə zərərin dəyməsi ilə bağlı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

OXŞAR XƏBƏRLƏR

Hər il bir neçə direktor buna görə işdən çıxarılır - Nazir

Hər hansı valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Belə bir hal səhv addım olar. Sfera.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev dey...

Emin Əmrullayev rektorlarla onlayn görüşdü

Təhsil naziri Emin Əmrullayev bir sıra ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib. Sfera.az xəbər verir ki, görüşdə ali təhsi...

Təhsil Nazirliyi tələbələrə müraciət etdi

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək. Bu barədə Sfera...

“1 milyon 500 min şagird var, bu qədər kompüter heç satışda yoxdur”

"Ölkədə 1 milyon 500 min şagird var. Amma Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda yoxdur. Biz şagirdlərin hamısını kompüterlə təmin etsək belə,...

Təhsil Nazirliyi niyə Sinqapur modelini seçdi? - Ekspert bu sistemin üstün və zəif cəhətlərini AÇIQLADI

Xəbər verdiyimiz kimi Təhsil Nazirliyi riyaziyyat fənni üzrə təhsil proqramının və ümumitəhsil müəssisələrində istifadə edilən dərsliklərin Sinqapur modelində...

MİQ-nin onlayn müsahibə mərhələsinə start verilir

Dekabrın 14-dən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır. Təhsil Nazirliyindən Sfera.az-a ...