Təhsil naziri vaksinasiya olunmaqdan imtina edən müəllimlərdən danışdı

Təhsil naziri vaksinasiya olunmaqdan imtina edən müəllimlərdən danışdı
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyadan keçən təhsil işçilərinin sayı açıqlanıb.

Sfera.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

Onun sözlərinə görə, bu günə qədər 122 348 təhsil işçisi COVID-19 əleyhinə peyvəndin hər iki dozasını vurdurub.

Nazir bildirib ki, bu siyahıya texniki işçilər də aiddir: "Çox az sayda müəllim vaksinasiya olunmaqdan imtina edib. Hesab edirəm ki, onları da inandıra biləcəyik ki, bu, onların sağlamlığı üçündür. Ümumilikdə, inandığımız odur ki, pandemiyanın bugünkü mərhələsində əlverişli mühit yaranıb. Lakin nəzərə almaq lazımdır ki, qarşıdan payız mövsümü gəlir. Bir sözlə, ənənəvi tədrisə qayıtmağın yeganə yolu vaksinasiyadan keçməkdir”.

E.Əmrullayev onu da əlavə edib ki, əsas hədəf xüsusilə ibtidai siniflərdə şagirdlər bir-biri ilə ünsiyyətdə olmasıdır: "Çünki aşağı yaşlarda beyin inkişafı formalaşır”.


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...