Təhsil haqqını ödəyə bilmədikləri üçün imtahana buraxılmırlar - Tələbələrin problemi necə həll oluna bilər?

Təhsil haqqını ödəyə bilmədikləri üçün imtahana buraxılmırlar - Tələbələrin problemi necə həll oluna bilər?
"11 yanvardan ali və orta təhsil müəssisələrində imtahan sessiyası başlayıb. İmtahanlar mövcud şərait daxilində yaxşı təşkil olunub. Amma problem hal-hazırda təhsil haqqı ilə bağlıdır”.

Sfera.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.
 
Ekspert təhsil haqqını ödəyə bilməyən tələbələrin vəziyyətindən söz açıb:

"Bilirik ki, pandemiya səbəbindən çox sayda insan iş yerini itirib, gəlirləri ciddi şəkildə aşağı düşüb. Lakin bu şəxslərin ailə üzvləri təhsi alır. Düzdür, Cənab Prezident sosial həssas ailə kateqoriyasına aid olanların təhsil haqqını ödəmək üçün 40 milyon manat vəsait ayırmışdı və bu vəsaitdən 20 minə yaxın tələbənin 2020-ci ilin II (yaz) semestr və I (payız) semestrin təhsil haqları ödəndi. Bu kateqoriyaya aid olmayanlar isə kənarda qaldı.

İndi vəziyyət daha acınacaqlıdır. Belə ki, ali və orta təhsil müəssisələri tələbələrdən təhsil haqlarını ödəməyi tələb edirlər, əks halda onları semester imtahanına buraxmayacaqlarını bildirirlər.

Xüsusilə Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universitetindən bu tipli çoxsaylı şikayətlər daxil olur ki, tələbə təhsil haqqını tam şəkildə ödəməsə, imtahanlara buraxılmır. Bəli, universitetlər təhsil haqqını tələb etməkdə hüquqi olaraq haqlıdırlar, amma mövcud vəziyyəti nəzərə almaq lazımdır. Hörmətli rektorlar, prorektorlar, dekanlar, vallah, insanlar bu pulu ödəyəcəklər, indiyə qədər ödədiklərini görmüsünüz axı. Ancaq indi iş yerlərini, gəlirini itirənlər var. Anlayış göstərin. O tələbələri imtahana buraxın”.

Ülvi
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tanınmış aparıcıya VƏZİFƏ VERİLDİ - FOTO

Aparıcı Namidə İsayevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə aparıcı "Facebook" hesabında məlumat paylaşıb.   &...

Zaxarova Aİ-nin Gürcüstandakı bu qanuna reaksiyasını ikiqütblü adlandırdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Komissiyasının Gürcüstanda xarici agentlər haqqında qanunun qəbuluna reaksiyasını xron...

Pakistanda baş verən partlayışda 5 nəfər öldü

Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb. &n...

Müsavat fəalını qətlə yetirən direktor müavininin FOTOLARI

Xəbər verdiyimiz kimi, Müsavat partiyası fəalı Natiq Mehdi Məhəmməd oğlunun (Natiq Ulubəy) itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparı...

Əli Əsədov belaruslu həmkarı ilə müzakirələr apardı

Mayın 14-də Azərbaycanın Baş naziri Əli Əsədov Belarus Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.   Sfera.az xəbər verir ki, görüşdə Bel...

Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ

Müğənni Vəfa Şərifova bəzi aylarda 100 min manat pul qazandığını açıqlayıb.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə ATV-də yayımlanan veril...