Tehran Moskvaya Azərbaycandan şikayət edib - \"Sərhədlər bərpa olunmasın\"

Tehran Moskvaya Azərbaycandan şikayət edib - \
"İran prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandası yeni nüvə sazişinin imzalanması üçün Vaşinqtona şərtlər irəli sürüb".

Sfera.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib. Politoloq sazişin imzalanmasının bu il üçün real olmadığını bildirib:

"İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Rusiyanın xarici işlər naziri iranlı həmkarıyla görüşdən əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Lavrov bu yolla Tehranla Vaşinqton arasında vasitəçi olmağa çalışıb. Rusiya İranın nüvə proqramıyla bağlı yeni sazişin imzalanmasında maraqlıdır.
 
Buna baxmayaraq, İran prezidenti İbrahim Rəisi və onun mühafizəkar komandası yeni nüvə sazişinin imzalanması üçün Vaşinqtona şərtlər irəli sürüb. Bu şərtlərdən əsası İrana qarşı sanksiyaların tamamının ortadan qaldırılmasıdır. Vaşinqton buna hazır deyil. Ona görə də yeni nüvə sazişinin imzalanması bu il də baş tutmaya bilər.
 
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada Azərbaycandan da şikayət edib. Hüseyn Əmir Abdullahian Moskvada jurnalistlərə ilk açıqlamasında bunları deyib: "İran bölgədə sərhədlərin dəyişdirilməsinə, terrorçuların və sionistlərin varlığına Rusiyanın da kəskin reaksiya verəcəyini gözləyir”.

Aydındır ki, İranın xarici işlər naziri "sərhədlərin dəyişdirilməsi, "terrorçular” və "sionistlər” dedikdə Azərbaycanı nəzərdə tutur. Azərbaycan işğal altındakı torpaqlarını azad etdib və Ermənistanla sərhədə çıxıb, Gorus-Qafan yolunun 21 kilometrini nəzarətə götürülüb. Tehran bunu "sərhədlərin dəyişdirilməsi” kimi qiymətləndirir. Halbuki, Azərbaycan özünə aid olanı götürüb. Maraqlıdır ki, Ermənistanın özü Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycaba məxsus olduğunu etiraf etsə də, Tehran dirənib ki, "sərhədlər dəyişdirilməməlidir”.
 
 
Ekspert Tehranın Azərbaycan Ermənistan sərhədlərinin delimitasiyasıın alınmaması üçün Rusiyaya təklif irəli sürdüyünü diqqətə çatdırıb:
 
 
"Tehran müharibə günlərində düşmən saydığı Qərb ölkələrinin bəzi mərkəzlərinə qoşularaq Azərbaycan tərəfdən "terrorçuların” savaşdığını səsləndirmişdi. Müharibədən sonra Qərbdə və Rusiyada "terrorçu” mövzusu unudulsa da, Tehran bu "mövzunu” yenidən diriltməyə və Azərbaycanın əleyhinə aktuallaşdırmağa çalışır. Nəhayət "sionistlər” mövzusuna gəldikdə, Tehran Azərbaycanda İsrail izi axtarmaqda davam edir.

Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsinə etiraz etmir. Əksinə, bu mövzuyla bağlı təkliflərini həm Bakıya, həm də İrəvana göndərib. Tehran isə Moskvaya demək istəyir ki, "sərhəd toxunulmazdır və işğaldan əvvəlki vəziyyətində” qalmalıdır. Bunun reallıqdan uzaq olduğunu Azərbaycan və Ermənistanla yanaşı Rusiya da anlayır. "Bölgədə terrorçular və sionistlər” var iddiasına gəldikdə, Tehran bu məsələdə də Kreml öz tərəfinə çəkə bilməyəcək. İsrail Rusiyaya dost dövlətdir və Tehranın bu iki dövlətin münasibətlərinə zərər vurması nəticə verməyəcək.

Keçmişdə Ermənistan rəsmiləri Moskvaya Azərbaycandan şikayət etməyə gedərdilər. İndi onlara İran rəsmiləri də qoşulub. Ancaq ermənilərin şikayətləri işə yaramadığı kimi iranlıların da şikayətlərinin Tehran üçün heç bir faydası olmayacaq. Rusiya-Azərbaycan münasibətlərində suallar olsa da, Kreml başqalarının saxta ittihamları əsasında Azərbaycanla münasibətləri gərginləşdirməyəcək".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...