TƏBİB rəsmisi: \"Qazlı içkilərin qəbulu məsləhət deyil\"

TƏBİB rəsmisi: \
"Qazlı və digər şirin içkilər plastik qabların içərisində saxlanıldığından bir çox xroniki xəstəliklərin yaranmasına səbəb olur”.

Sfera.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva deyib.

Onun sözlərinə görə, qazlı içkilərin qəbulu məsləhət deyil: "Ən yaxşısı su içməkdir. Əgər suyu dadlandırmaq istəyiriksə, içərisinə meyvə və tərəvəz dilimləri əlavə etmək olar. Yay mövsümündə çalışmaq lazımdır ki, mayonezli və digər tez xarab olan məhsullardan istifadə edilməsin. Soyuq sıxım yağlardan istifadə tövsiyə olunur. Belə halda zəhərlənmələrin qarşısı alına bilər”.

TƏBİB rəsmisi əhaliyə isti yay günlərində yağlı qidalardan uzaq durmağı da məsləhət görüb: "Yay mövsümündə bir ədəd dondurma yeyilməsi kifayət edər. Eyni zamanda şirniyyat həvəskarları südlü şirniyyatlara üstünlük verə bilər”.


OXŞAR XƏBƏRLƏR

Plan, nəzarət, iradə: Pulu düzgün idarə etməyin ƏSAS
Pulu qazanmaq asandır, xərcləmək çətin. Bu fikrə ədəbiyyatlarda və sosial həyatda tez-tez rast gəlirik. Mütəxəssislər də təsdiqləyir ki, pulu qazanmaq qədər, on...

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...