Tanınmış xanımlar 8 Martda hansı hədiyyəni gözləyir? – “Karantin zamanında nə gözləyəsən?”

Tanınmış xanımlar 8 Martda hansı hədiyyəni gözləyir? – “Karantin zamanında nə gözləyəsən?”
Bir neçə gün sonra 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Qadınların əksəriyyəti bayramda hədiyyə almaq istəmədiklərini dilə gətirsələr də, kiçik də olsa diqqət, qayğı umurlar.

Sfera.az olaraq bəzi tanınmış qadınlarımıza "8 marta nə hədiyyə gözləyirsiniz?” sualı ilə müraciət etdik.

Milli Məclisin deputatı Kamilə Əliyevasaytımıza açıqlamasında bildirib ki, 8 Mart onun üçün elə də xüsusi gün sayılmır: "Düzdür, hər bir qadın təbrik edilmək istəyər. Hədiyyəyə o qədər də meylli deyiləm. Amma qadın üçün 8 martda ən yaxşı hədiyyə çiçəklər, ətir və bu kimi şeylərdir. Mənim üçün ən yaxşısı övladlarımın hədiyyəsidir. Bu, daha önəmli, daha əzizdir. Xüsusi gözləntim yoxdur. Öz növbəmdə birinci vitse-prezidentimiz Mehriban Əliyeva başda olmaqla, bütün Azərbaycan xanımlarını təbrik edirəm. Hamısına can sağlığı, sülh-əminamanlıq, firavanlıq və əsl qadın xoşbəxtliyi arzulayıram”.
Xalq artisti, aktrisa Məleykə Əsədova qızının ona süpriz hazırladığını bildirib: ”Yəqin ki, səhər durub məni təbrik edəcək. Ən gözəl sözləri övladımdan gözləyirəm. Önəmli olan elə qızımın mənə olan diqqətidir”.
 
Tanınmış jurnalist Əzizə İsmayılova deyib ki, heç vaxt hər 8 Mart da daxil olmaqla, hər hansı bayramda kimdənsə məxususi hədiyyə gözləntisi olmayıb: "Dostların, əməkdaşların hədiyyələri, təbrikləri ilə yetinirəm. Olmasa da dərd etmirəm. Hər günü olduğu kimi yaşamağı sevirəm - istər hədiyyəli, istər hədiyyəsiz...”.

Müğənni Xuraman Şuşalı heç bir hədiyyə gözləmədiyini deyib: "Karantin zamanında nə gözləyəsən? Can sağlığı ən böyük hədiyyədir. Sevdiklərimin yanımda olması, sağlam olması bəsdir.  Allah bərəkət versin, özümüzü dolandırırıq kifayətdir. Hədiyyə filan lazım deyil.
Həyat yoldaşımın canı sağ olsun, korona tutub evə gəlməsin, özünü xəstə salmasın - bu ən böyük hədiyyədir. Ümumiyyətlə həyat yoldaşımın özü mənim üçün hədiyyədir. Düşünürəm ki, onun saf məhəbbəti mənə bəsdir”.

Müğənni Sevda Sanaliyeva sualın çətin olduğunu vurğulayıb və səbəbini bu cür izah edib: "Çünki bir xanım kimi hədiyyə gözlədiyim insan yoxdur. Amma həyatımda bir insan olsaydı, təbii ki, bunu maddiyyata bağlamayacam. Qadını xoşbəxt edən şey onu özəl hiss etdirən insandır. Nə qədər özəl hiss etdirərsə, qadın üçün bütün günlər 8 Mart olar. Ona görə hüzur və xoşbəxtlik istəyərdim”.

Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...