No Image

Tanınmış jurnalist İbrahim Məmmədovun yeni kitabı çap olunub - FOTO

Tanınmış jurnalist İbrahim Məmmədovun yeni kitabı çap olunub - FOTO
 Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist İbrahim Məmmədovun "Üç əsrin alqoritmləri və ya Tarix necə təkrarlanır (1700-2019)” adlı yeni kitabı işıq üzü görüb.

O, özünün Facebook səhifəsində bu haqda belə yazıb:

"Dünya çox ciddi təlatümlər və xaos dövrünü yaşayır. Bizim dövlətimiz müstəqillik dövründə ilk dəfədir ki, belə bir qlobal xaos və təlatümlər dövründən keçir. Doğrudur, Azərbaycan müstəqil dövlət olaraq 1987-91-ci illərin xaos və təlatümlər dövründən doğuldu. Ancaq, təcrübəsizlikdən ərazimizin 20%-i işğal altına düşdü. İndi, mahiyyətcə 1987-91-ci illərin bənzəri olan bir dövrü yenidən yaşayırıq. Bu həm də Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi və Vyetnam müharibəsi dövrlərinin də oxşarıdır. Bəs bu dövrün mahiyyəti nədən ibarətdir? Bu suala cavab axtararkən təqribən 300 ili araşdırdım. Təqribən 300 ildə bəşəriyyət 5 dəfə belə xaos və təlatümlər dövrü yaşayıb. Bizim indi içərisində olduğumuz 6-cıdır. Bu 6 xaos dövrünün müqayisəli təhlilindən belə məlum oldu ki, 6 dəfənin hər birində sabit təkrarlanan 12 alqoritm (bəzi alqoritmləri birləşdirmək də olar) var. Bu alqoritmlər bizə keçmişi daha yaxşı anlamağa, bu gün içərisində olduğumuz proseslərə yuxarıdan baxmağa, nəhayət, gələcəyi proqnozlaşdırmağa imkan verir. Ümid edirəm ki, bu araşdırma tarixçilərə, politoloqlara, siyasətçilərə, iqtisadçılara, iş adamlarına və ümumiyyətlə, dünyada baş verənlərlə maraqlananlar üçün kiçik bir hədiyyə olacaq.

Araşdırma ilə ilk dəfə tanış olub mənə mənəvi dəstək olmuş iqtisad elmləri doktoru, İqtisad Universitetinin rektoru Ədalət Muradova sonsuz minnətdarlığımı bildirirəm. Onun bu araşdırmaya yüksək dəyər verməsi və kitab kimi nəşrini məsləhət bilməsi məni xeyli ruhlandırdı.

Araşdırmanı oxuyub rəy bildirmiş iqtisad elmləri doktoru, iqtisadyyat nazirinin müavini Şirzad Abdullayevə, iqtisadi elmlər üzrə fəlsəfə doktoru, millət vəkili Tahir Mirkishili və iqtsad elmləri doktoru, Sosial və iqtisadi inkişaf mərkəzinin rəhbəri Vugar Bayramova minnətdarlığımı bildirirəm.

Kitab haqda qısa arayış:

2017-ci ildən başlayaraq qlobal miqyasda sərtləşməyə başlamış valyuta, tarif və ticarət müharibələrinin dərin səbəblərinin araşdırılması tarixdə analoji dövrlərin öyrənilməsizərurətini ortaya çıxarır. Son üç əsrin bu kontekstdə araşdırılması göstərir ki, hazırda qlobal miqyaslı ticarət müharibələri, beynəlxalq münasibətlərdə ənənəvi konfiqurasiyaların dəyişməsi, köhnə qaydanın öz yerini yeni dünya düzəni qaydalarına verməsi heç də yeni deyil, təqribən 300 il ərzində altıncı dəfədir ki, təkrarlanır.

200 səhifəlik bu kitabda təqdim edilən araşdırma həm də 300 ildə altı dəfə təkrarlanan hadisələri ümumiləşdirmiş, hər mərhələdə təkrar olunan 12 alqoritmi müəyyənləşdirmişdir. Bundan əvvəlki dövrlərdə müşahidə olunan bu alqoritmlərin köməyi ilə hazırkı dövrün qlobal proseslərinin mahiyyətini anlamaq, eynizamanda gələcəyi proqnozlaşdırmaq mümkündür.

Kitabda hazırda dünyada yaranmış vəziyyət, Birinci Dünya müharibəsi ərəfəsindəki vəziyyətlə müharibənin nəticələri, İkinci Dünya müharibəsi ərəfəsindəki vəziyyətlə onun nəticələri, 1975–1980-ci illərdə Vyetnam müharibəsindən İran inqilabı və SSRİ-nin Əfqanıstana müdaxiləsinə qədərki dövrdə qlobal situasiya, 1988–1991-ci illərdə SSRİ-nin süqut etdiyi şəraitlə müqayisə edilib və ümumiləşdirmələr aparılaraq bütün mərhələlərdə sabit təkrarlanan qanunauyğunluqlar ortaya çıxarılıb. Azərbaycan müstəqilliyini qazandıqdan sonra ilk dəfədir ki, belə bir qlobal transformasiya dövrünü yaşayır. Odur ki bu araşdırma siyasətçilər, politoloqlar, diplomatlar və tarixçilər üçün səmərəli ola bilər.

Tarixin elmi, iqtisadi, siyasi və hərbi alqoritmlərinin tapılması və sistemləşdirilməsinin praktik əhəmiyyəti

– Tarixin elmi, iqtisadi, siyasi və hərbi alqoritmlərinin tapılması;
– Alqoritmlərin köməyi ilə indiki qlobal və regional iqtisadi, siyasi və hərbi proseslərin daxili mexanizmlərinin dərk olunması asanlaşır;
– Bu alqoritmlərin köməyi ilə gələcəyi proqnozlaşdırmaq və hadisələri öncədən görmək mümkündür

Üç əsrin altı mərhələsi

1. Birinci sənaye inqilabı (1750–1830). Napoleonun məğlubiyyəti və Böyük Britaniyanın dünya gücünə çevrilməsi (1798–1815);
2. İkincisənaye-texnoloji inqilabı (1870–1914). Birinci Dünya müharibəsi. ABŞ-ın dünya gücünə çevrilməsinin başlanğıcı (1914–1918);
3. İkinci sənaye-texnoloji inqilabının 2-ci mərhələsi: yeni ölkələrə yayılması (1920–1941). İkinci Dünya müha18 Üç əsrin alqoritmləri və ya Tarix necə təkrarlanır 19 ribəsi. ABŞ-ın aparıcı dünya gücünə çevrilməsi (1938– 1945);
4. İkinci sənaye inqilabının 3-cü mərhələsi: hərbitexniki inqilab, nüvə enerjisi, nüvə silahları (1946–1975), qlobal qüvvələr nisbətinin bərabərləşməsi və Vyetnam müharibəsi. Hərbi-siyasi və ideoloji güc olan SSRİ-nin, iqtisadi güc olan ABŞ-ı sıxışdırması (1964–1975);
5. Üçüncü sənaye inqilabı, ABŞ-ın yeni iqtisadi mərhələyə yüksəlişi (1960–1980-ci illər). Əfqanıstan müharibəsi və SSRİ-nin süqutu (1980–1991). ABŞ-ın liderliyi ilə birqütblü dünya düzəni (1991–2006);
6. Başqalarının iqtisadi və siyasi yüksəlişi (2006– 2009). Dördüncü sənaye inqilabı (2012–2019). Alternativ güclərin möhkəmlənməsi nəticəsində çoxqütblü dünyanın formalaşmağa başlaması.

Altı mərhələnin alqoritmləri

Alqoritm №1. Bir və ya iki dövlətin sənaye inqilabı və ya texnoloji inqilablar nəticəsində irəlisıçrayışı və "birinci dərəcəlisənaye və ya yüksək texnologiyalar dövləti” statusuna sahiblənməsi;
Alqoritm №2. Sənayesində sıçrayış olmuş dövlətin rəqabət qabiliyyətinin yüksəlməsi səbəbindən beynəlxalq miqyasda "azad ticarət siyasəti”ni təşviq etməsi;
Alqoritm №3. Başqa dövlətlərin sənayesinin yüksəlişi ilə "birinci dərəcəli sənaye dövləti” inhisarının pozulması, dünya arenasına bir neçə yeni, "birinci dərəcəli” güclü sənaye dövlətlərinin çıxması;
Alqoritm №4. Beynəlxalq ticarətdə rəqabətin kəskinləşməsi. "Yeni meydana çıxan sənaye və yüksək texnologiya dövlətləri”nin "əski sənaye gücləri”ni bazarlarda sıxışdırması, "əskisənaye gücləri”nin rəqabətdə uduzmağa başlaması;
Alqoritm №5. Ticari rəqabətdə "valyuta müharibələri”ndən yararlanma cəhdləri;
Alqoritm №6. "Əski sənaye gücləri”nin "birinci dərəcəlilik” və rəqabətsizlik statusunu itirdiyi üçün tədricən "Azad ticarət siyasəti”ndən imtina etməsi və "Proteksiya siyasəti”nə keçməyə başlaması nəticəsində tarifləri yüksəltməsi və başqalarının ona simmetrik cavab olaraq tarifləri artırması: gömrük müharibəsi;
Alqoritm №7. "Ticarət müharibələri”nin başlanması;
Alqoritm №8. Qlobal panika və qlobal depressiya, qlobal böhran;
Alqoritm № 9. İdeolojisavaş və dəyərlərin böhranı;
Alqoritm №10. Yenişəraitə uyğun hərbi-siyasi blokların formalaşması;
Alqoritm №11. Hərbi toqquşmalar, münasibətlərin hərb meydanında aydınlaşdırılması;
Alqoritm №12. Qalib güclərin yeni dünya düzəni formalaşdırması və azad ticarətə qayıdış”.

OXŞAR XƏBƏRLƏR

Dəfn mərasimində iştirak edənlər məsuliyyətə cəlb olundu

 Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilə...

Vəfat etmiş meyxanaçının yaşadığı ərazi dezinfeksiya edildi - FOTO

 Uzun müddət sürən ağır xəstəlikdən sonra vəfat edən tanınmış meyxanaçı Vüqar Paşayev (Vüqar Biləcəri) Biləcəri qəbiristanlığında dəfn edilib. Sfer...

Bakıda 551 küçə dezinfeksiya edildi - FOTO

 Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 əd...

Vüqar Biləcəri Hökməli qəbristanlığında dəfn olunacaq - FOTO

  Tanınmış meyxanaçı Vüqar Biləcəri Hökməli qəsəbəsindəki qəbristanlıqda dəfn olunacaq. Sfera.az xəbər verir ki, bu barədə meyxanaçının yaxınla...

Sumqayıtda avtobuslarda maska taxmayanlar cərimələndi - FOTO

 Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şə...

Polis Bakıda obyektlərə nəzarəti gücləndirib - FOTO

Paytaxtda ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş darama ̶əməliyyat-profilaktik,...