Tanınmış həkimi və arvadını öldürənə ömürlük cəza verilıdi

Tanınmış həkimi və arvadını öldürənə ömürlük cəza verilıdi

Bakı Apellyasiya Məhkəməsində tanınmış həkim və arvadını öldürməkdə təqsirləndirilən İlqar Xancanov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Sfera.az Unikal.org-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İ.Xancanovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Tanınmış həkim olan və təqaüdə çıxmış A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Xancanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

OXŞAR XƏBƏRLƏR

Kürdəmirdə 35 yaşlı kişi qətlə yetirildi

  İyulun 12-də saat 08 radələrində Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində 1985-ci il təvəllüdlü Elkən Şəmizadənin odlu silahla qətlə yetirilməsi barəd...

Azərbaycanda dəhşət: Ata oğlunu güllələyərək öldürdü - FOTO

 Kürdəmirdə qətl hadisəsi törədilib. Sfera.az xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb. Kənd sakini, 61 yaşlı Şəmiyev Məzahir Heyb...

Prokurorluq Ucar sakininin döyülərək öldürülməsi ilə bağlı məlumat yaydı

 Ucarda baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb.   Ucar rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, iyulun 10-da saat...

SON DƏQİQƏ! “Bandotdel” bu nazirliyin əməkdaşlarını rüşvət alarkən SAXLADI?

  Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Kənd Təsərrüfatı Nazirliyinin bir sıra qurumlarında əməliyy...

Azərbaycanda 16 milyonluq korrupsiya faktı: Vəzifəli şəxs həbs edildi - RƏSMİ

  Ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi ...

Karantin rejimini pozan 4 nəfər həbs edilib, 2 294 nəfər cərimələnib - DİN

  Həftənin bazar günü xüsusi karantin rejimini pozduqlarına görə 4 nəfər inzibati qaydada həbs edilib, 2294 nəfər inzibati cərimə olunub. DİN-dən Sfera.a...