Tanınmış fotoqrafdan fransızlara \"QARABAĞ DƏRSİ\" - VİDEO

Tanınmış fotoqrafdan fransızlara \
Fransanın məşhur "TV5MONDE" telekanalına qonaq qismində dəvət alan dünya şöhrətli fotojurnalist Reza Deqati Qarabağ müharibəsi ilə bağlı bir sıra faktlara toxunub.

Sfera.az xəbər verir ki, çıxışında Şuşa şəhərinin qədim tarixindən, Azərbaycanın mədəniyyət beşiyi olduğundan danışan Deqati, bu qədim torpaqlarda doğulan musiqiçilərdən, şair və xanəndələrdən də bəhs edib.

O, həmçinin hər iki Qarabağ müharibəsində fotoqraf kimi iştirakından, 30 il ərzində şahidi olduğu erməni vəhşiliyindən danışıb. Fransız jurnalistlərin yalnız erməni tərəfindən çıxış etdiyini, Azərbaycanda törədilən faciələri niyə görməzdən gəldiyini anlamadığını vurğulayıb.

Azərbaycanda hökm sürən tolerant və multikulturallıqdan bəhs edən fotoqraf ölkəmizin müasir düşüncədə, demokratiya anlayışında heç də Avropadan geri qalmadığını bilidirib.

Eləcə də erməni işğalçılarının atdıqları bombalara qurban gedən mülki şəxslər, uşaqlar barədə məlumat verib.

Veriliş boyu tanınmış fotojurnalistin lentə aldığı kadrlar nümayiş olunub.

O, həmçinin bütün fəaliyyəti boyu iştirak etdiyi müharibələrdə haqlı tərəfin hüquqlarını qorumağa çalışdığını, məhz bu səbəbdən Azərbaycanın yanında olduğunu qeyd edib. (Publika.az)


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...