Tağıyevin nəticəsi ilk dəfə Bakıya gəldi

Tağıyevin nəticəsi ilk dəfə Bakıya gəldi
 

Məşhur messenat Hacı Zeynalabdin Tağıyevin nəticəsi Azərbaycana gəlib.

"Yeni Sabah" xəbər verir ki, milyonçunun oğlu Sadiqi Tağıyevin nəvəsi olan Alban Bakıya ilk dəfə təşrif buyurub.

O, səfəri zamanı Tağıyevin məzarını ziyarət edib. Albanın görüntülərini "ADDIM” gənclər təşkilatının sədri Hüseyn Cavadzadə sosial şəbəkədə paylaşıb. 

Məlumat üçün bildirək ki, messenatın nəticəsi Parisdə dünyaya gəlib, orada yaşayır. Alban hazırda tarix üzrə təhsil alır. O, iki gün sonra Fransaya qayıdacaq.


OXŞAR XƏBƏRLƏR