Svetlana Tixanovskaya rusiyalılara müraciət etdi: “Aldanmayın, biz Lukaşenkonu...”

Svetlana Tixanovskaya rusiyalılara müraciət etdi: “Aldanmayın, biz Lukaşenkonu...”

Müxalifət namizədi Svetlana Tixanovskaya rusiyalılara video müraciət ünvanlayıb. Xanım siyasətçi öz müraciətində ruslarlabelarusları dost xalqlar adlandırdırıb. 


Sfera.az lenta.ru-ya istinadla xəbər verir ki, Tixanovskaya, Belarus xalqının niyə Aleksandr Lukaşenkonun prezidentlikdən istefasını tələb etdiyini açıqlayıb. O, ölkədəki etirazların heç vaxt Rusiyaya qarşı yönəlmədiyini bilddirərək, rusiyalıları "medianın yaydığı yanlış məlumatlara və bunun əksini iddia edən siyasətçilərə inanmamağa" çağırıb.


"Xalqlarımız arasında münasibətləri korlamamaq çox vacibdir. Belaruslar bütün qonşuları ilə dost münasibətlər qurmaq əzmindədir. Əlbəttə, öz ölkələrinin suverenliyini qorumaq şərti ilə. Biz, belaruslar, Belarus xalqının öz azadlığı uğrunda mübarizəsini dəstəkləyən ruslara çox minnətdarıq”,- deyə Tixanovskaya söyləyib.


Müxalifət namizədi Belarusdakı vəziyyətə göstərdikləri diqqətə görə müstəqil Rusiya jurnalistlərinə və blogerlərinə ayrıca təşəkkür edib.


Daha əvvəl Belarus müxalifətinin lideri, ölkədəki siyasi böhranı beynəlxalq yardım olmadan aradan qaldırmaq mümkün olmadığı təqdirdə, Rusiyanı vasitəçi kimi qəbul etməyə hazır olduğunu bildirmişdi. Tixanovskaya Belarusdakı inqilabın nə Rusiyayaya, nə də Avropaya qarşı olmadığını düşünür. O, müxalifətin Rusiya ilə "sərhədləri bağlamağa" və qonşu dövlətlə münasibətləri pozmağa hazırlaşmadığını da xatıradıb.


Xatırladaq ki, Belarusda etiraz aksiyaları beşinci həftədir ki, davam edir. Aksiya iştirakçıları Lukaşenkonun istefasını, yeni prezident seçkilərinin keçirilməsini və nümayişləri amansızcasına dağıdanların cəzalandırılmasını tələb edirlər. Belarus iqtidarı ölkədəki vəziyyətə xaricdən müdaxilə olunduğunu düşünür.

 

Lukaşenkonun fikrincə, etirazçılar ölkədə "rəngli inqilablar təlimatları” na uyğun hərəkət etməyə çalışırlar,onlar Polşa, Litva, Çexiya və Ukraynadan idarə olunurlar. Müxalifət dövlət çevrilişinə cəhddə günahlandırılır.


Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR