Şuşada bu abidələrə reklam yerləşdirmək qadağandır - SİYAHI

Şuşada bu abidələrə reklam yerləşdirmək qadağandır - SİYAHI
Nazirlər Kabineti Şuşa şəhərinin ərazisində reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısını təsdiq edib.

Sfera.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Bildirilib ki, qərar "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Nazirlər Kabineti tərəfindən müvafiq Qərarın qəbul edilməsi Şuşa şəhəri ərazisindəki tarix-mədəniyyət abidələrinin qorunması, salamatlığının təmin edilməsi, quruluşuna xələl gətirilməməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasına hüquqi zəmin yaradır, həmçinin, ərazidə qoruq rejiminin tətbiqinə imkan verir.

Bununla Şuşa şəhərinin tarix və mədəniyyət abidələrinin dövlət tərəfindən mühafizəsi gücləndirilir.

Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı ilə linkdə tanış ola bilərsiniz.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əli Həsənov villasında çalışdırdığı türkiyəli ustaya 1 900 manat pul atıbmış - FOTO

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla bağlı şikayətlər səngimək bilmir.   Sfera.az bildirir ki, bu dəfə türkiyəli vətəndaşla...

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 297 vaksin vurulub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərarga...

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1 091 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Ope...

Azərbaycanda yarıçılpaq qızlarla özünü reklam edən sanatoriya: +18 görüntülərlə nə əldə edirlər? - FOTOLAR

Azərbaycanda sanatoriya müştəriləri cəlb etmək üçün əxlaq normalarına uyğun gəlməyən yollara əl atıb. Sfera.az oxu.az-a istinadla  bildirir ki, "Qara...

Əziz Səncər Azərbaycana gəlir - FOTO

Kimya üzrə Nobel mükafatı laureatı, türk əsilli Əziz Səncər Azərbaycana gəlir. Sfera.az xəbər verir ki, dünya şöhrətli alim Bakıda keçiriləcək UNEC İqtisa...

Azad olunan ərazilərdə daha 37 mina aşkarlandı - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. A...