\"Şuşa və Kəlbəcərə giriş pullu olsun\" - Sabiq deputat

\
"Deyilənə görə, "Zəfər parkı"na giriş pulludur - 2 manata. Olsun, lap yaxşı. Ümidvaram ki,ən azından məktəblilər üçün pulsuz olacaq”.

Sfera.az xəbər verir ki, bunu sabiq deputat Etibar Hüseynov deyib. O qeyd edib ki, buradan yığılan pulların "YAŞAT" fonduna köçürülməsinin tərəfdarıdır:

"Hətta çox istərdim ki, gələcəkdə istirahətə gələnlər üçün Şuşa və Kəlbəcərə, o cümlədən Ağdama da giriş pullu olsun. Simvolik 50 qəpik, 1 manat və ya kim nə qədər istəsə. Niyə də yox? 
 
Bu gün ölkə boyu az qala bütün şəlalə, göl və s. pullu edilib. Ki, bura filankəs pul qoyub, əziyyət çəkib. İndi istirahət üçün getdiyin həmin məkanlar üçün insanlarımız can qoyub, qan töküb. Onların özlərinə və ya ailələrinə azacıq yardım payımızı vermək niyə də olmasın? Amma yenə də "YAŞAT” Fonduna yığılmaq şərtilə”.

Sabiq deputat bildirib ki, bu addım hamının ürəyincə olar: "Hər kəsə istirahətdən əlavə ruhən və mənən  bir rahatlıq da gətirər”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...