Sürücü şəxsi maşınında tək olduğu halda maska taxmadığına görə cərimələnəcəkmi? - RƏSMİ CAVAB

Sürücü şəxsi maşınında tək olduğu halda maska taxmadığına görə cərimələnəcəkmi? - RƏSMİ CAVAB
 

Son günlər vətəndaşların şəxsi avtomobillərində tibbi maskadan istifadə etmələri ilə bağlı məsələ gündəmə gəlib.

Çoxu deyir ki, yol polisi sürücünü saxlayır və şəxsi maşınında maska taxmadığına görə sürücüyə irad bildirir. Bəziləri isə şəxsi avtomobilində maska taxmamağa görə cərimə olunacaqlarından narahatdırlar.

Şəxsi avtomobilində sürücü tək olarkən maska taxmayanda cərimə olunacaqmı?

Yaranmış suallara aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, polis vətəndaşı maşının içində tək olanda maska taxmadığına görə cərimələmir:

"Buna baxmayaraq, hər kəs buna əməl etməlidir. İnsanın şəxsi məsuliyyətindən asılı olan məsələdir. Bakıda sürücülər 4-5 saat fasiləsiz avtomobil idarə etmirlər. Onlar işıqforda saxlayırlar. Bundan başqa, kimisə avtomobilinə mindirə bilərlər. Sürücü düşüb marketə girir, yanacaqdoldurma məntəqəsinə daxil olur.

Eyni zamanda şəhər içində hərəkət təcrid olunmuş hərəkət deyil. Ünsiyyət minimuma endirilməyib, əksinə maksimumdur. Sadəcə olaraq kimsə piyada gedir, kimisi isə maşınla. Sürücü kiməsə yardım məqsədilə maşını saxlayıb çölə çıxa bilər.

Ən azından xüsusi karantin rejimi davam edir. Bunun tələblərinə mütləq əməl etmək lazımdır. Vətəndaş istənilən halda şəxsi avtomobilini idarə edərkən belə tibbi maskadan istifadə etməlidir”, - deyə bildirilib.

DİN-dən bildirilir ki, polis vətəndaşa şəxsi maşınında gedərkən maska taxmağı tövsiyə edə bilər:

"Əgər sürücünün maskası yoxdursa, ona tibbi maska tapmaqda yardım edə bilər. Bu dəqiqə çox yerdə tibbi maska satılır və paylanır. Çünki bu, zəruri məsələdir”.

(baku.ws)


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...