Sumqayıtda 45 yaşlı kişi bıçaqlanaraq qətlə yetirildi

00:15 / 12.01.2022
3076
Sumqayıtda qətl hadisəsi törədilib.
Sfera.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.
İki nəfər arasında yaranan mübahisə zamanı 1977-ci il təvəllüdlü Musayev Rövşən Yusif oğlu bıçaqlanıb. 45 yaşlı kişi aldığı bıçaq yaralarından ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qətli törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırma aparılır.
(APA)