Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampı Ukraynadakı münaqişəyə son qoymaq məsuliyyətini Avropa ölkələrinin üzərinə atmaqda ittiham edib.
Sfera.az bu barədə Tass agentliyinə istinadən xəbər verir.
"Tramp bəyan edib ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə bütün ərazisini geri ala bilər. Bu heyrətamiz nikbinliyin arxasında ABŞ-nin iştirakının azaldılması və müharibənin sona çatması üçün məsuliyyətin Avropaya ötürülməsi elanı dayanır. Həqiqət illüziyalardan yaxşıdır", - Tusk yazıb.
Bundan əvvəl, Rusiya prezidentinin köməkçisi Dmitri Peskov da Trampın Ukraynanın Aİ və NATO dəstəyi ilə itirilmiş ərazilərini hərbi yolla geri ala biləcəyi iddiasını "yanlış" kimi qiymətləndirmişdi.
Bu açıqlamalar ABŞ və Avropa arasındakı məsuliyyət bölgüsü və Ukrayna münaqişəsinin gələcəyi ilə bağlı fərqli baxışları ortaya qoyur.
Fidan Hacızadə
Sfera.az