İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağında 170 hərbi obyektə hücum edib.
Sfera.az xaric KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrail quru bölmələri Qəzza şəhərində əməliyyatlarını gücləndirir.
"Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 170 hədəfə zərbə endirib. Vurulan hədəflər arasında hərbi binalar, silah anbarları və terror infrastrukturu", - bəyanatda deyilir.
Bundan əlavə, İDF bölmələri “Qəzzə şəhərində və bütün Zolaqda terror təşkilatlarına qarşı əməliyyatları gücləndirir”.
Fidan Hacızadə
Sfera.az