ÜST koronavirusla mübarizə üçün 31 milyard dollar ayrılmasını istəyir

ÜST koronavirusla mübarizə üçün 31 milyard dollar ayrılmasını istəyir
 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə "ACT-Accelerator” beynəlxalq tərəfdaşlığı çərçivəsində koronavirusla mübarizə üçün vaksinlərin, diaqnostika və müalicə vasitələrinin işlənib hazırlanmasına 12 ay ərzində 31,3 milyard ABŞ dolları həcmində sərmayə tələb olunur.

Sfera.az  xəbər verir ki, bu barədə ÜST-nin Cenevrədəki qərargahından bildirilib.

 

Aprel ayında başlanan bu təşəbbüs çərçivəsində adambaşına düşən gəlirləri aşağı və orta olan ölkələrə 2021-ci ilin ortalarına qədər 500 milyon diaqnostik test və 245 milyon dəst müalicə vasitələrinin göndərilməsi planlaşdırılır. Bundan əlavə, bu dövlətlərə hazırda hazırlanmaqda olan koronavirusa qarşı vaksindən 2 milyard doza verilməsi, o cümlədən bu sayın yarısının gələn ilin ortalarına qədər göndərilməsi planlaşdırılır.

ÜST-dən bildiriblər ki, bütün bu məsələləri həll etmək 31,3 milyard ABŞ dolları həcmində sərmayə tələb olunur: "Artıq 3,4 milyard ABŞ dollar vəd edilib. Beləliklə, təcili ehtiyacları ödəmək üçün 13,7 milyard ABŞ dolları da daxil olmaqla, 27,9 milyard əlavə vəsait tələb olunur”, - qurumdan bildirilib.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...